Top.Mail.Ru
ARAŞDIRMAbanner

Özbəkistanda idarəetmənin GİZLİNLƏRİ: Mirziyoyevin seçki prosesində MÜƏMMALI ZƏFƏRİ – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Dünən Özbəkistanda keçirilən formal prezident seçkisinin nəticəsi əvvəldən bəlli idi. Şövkət Mirziyoyevin qarşısındakı 4 rəqib də öncədən hazırlanmış, özbək xalqı arasında heç bir nüfuzu olmayan personalar idi. Əslində, Özbəkistanın keçmiş prezidenti avtoritar İslam Kərimovun ölümündən sonra iqtidara gələn Şövkət Mirziyoyevə böyük ümidlər vardı .O, 2003-2016-cı illərdə elə İslam Kərimovun iqtidarında baş nazir vəzifəsini daşıyırdı və təcrübəli bürokratlardan hesab olunurdu. Qərbin Mirziyoyevdən gözləntiləri isə siyasi və iqtisadi sahədə reformlara getməsi idi .

İnsaf naminə deyim ki, 2016-cı ildə keçirilən prezident seçkisində 88,6% səs alan Mirziyoyev mühüm islahatlar da keçirdi:

  • İslam Kərimovun məhdudlaşdırdıgı dini azadlıqlar sahəsində yumşalmalar oldu. Mirziyoyev Əndican hadisələrinin faciə olduğuna eyham vurdu.
  • Kərimovun illərdir həbsxanalarda saxladığı siyasi məhbusların xeyli hissəsi azad edildi.
  • Xarici investisiyanın ölkəyə cəlb edilməsi üçün hüquq və vergi qanunvericiliyində bəzi liberal addımlar atıldı.
  • Şövkət Mirziyoyev hökuməti qonşularla yaranmış soyuq münasibətləri yoluna qoydu. O, həm də Kərimovdan miras qalmış anti-Türkiyə ritorikasını da məhv etdi.

Mirziyoyev avtoritarizmə doğru

Loading...

Şavqat Mirziyoyev müəyyən fazaya qədər pozitiv addımlar atdı. Lakin bir müddət sonra o, sələfi İslam Kərimov kimi avtoritarizmə yuvarlandı, siyasi aktivistlərə qarşı repressiyaların dozasını artırdı.

Əvvəla, Şövkət Mirziyoyev əlindəki qeyri-məhdud iqtidar gücü ilə 35 milyonluq ölkə iqtisadiyyatının əsas sahələrini qohum-əqrabasının monopoliyasına keçirdi. Bundan əlavə, Mirziyoyev son 3 ildə müxalif jurnalistlər, aktivistlər və bloggerlərə qarşı təzyiqlərini artırdı və özünə cib müxalifəti (pocket opposition) yaratdı.

Özbəkistan seçki qanunvericiliyinə görə, seçki prosesində (prezident və parlament) ancaq qeydiyyatdan keçmiş partiya və namizədlər iştirak edə bilər.

Mirziyoyevin “kukla” rəqibləri

Ölkədə Mirziyoyevin avtoritar idarəetməsinə qarşı olan Erk Demokratiya Partiyası, Həqiqət və İnkişaf Partiyası və Xalqın Maraqları Partiyası seçki prosesinə buraxılmadı.

Çünki, bu təşkilatları Özbəkistan Ədliyyə Nazirliyi qeydiyyata almayıb. Əvəzində, Mirziyoyev Əlişir Qodırov kimi birindən özünə rəqib düzəltdi. Qodırov da ona verilən rolu “ağıllı” şəkildə oynayır, ara-sıra tənqid edirdi. Əlişir Qodırov təbliğat prosesinin sonunda “Xaricdə işləyən özbək vətəndaşları Özbəkistan dövlətinə vergi ödəməlidirlər” deməklə, Mirziyoyevin ona biçdiyi rolu yerinə yetirmiş oldu.

Yəni, Qodırovun Milli Oyanış Partiyası Şövkət Mirziyoyevin Liberal Demokrat Partiyasına seçkidə “ayı xidməti” göstərmiş oldu

Şavkat Mirziyoyevin “kukla” rəqibləri Ədalət partiyasından Bəhram Abdulhalimov, Xalq Demokrat Partiyasından Məqsudə Borisiva və Ekologiya Partiyasından Nərzulla Oblomuradov idi.

Özbəkistandakı seçki prosesini ATƏT-in Demokratiya və İnsan hüquqları institutundan 278 müşahidəçi izləyirdi. Ümumilikdə isə, Özbəkistandakı prezident seçkilərini 970 xarici müşahidəçi izləyib.

İlkin nəticələrə görə, Şövkətt Mirziyoyev 20 milyon insanın səsvermə hüququ olan ölkədə 80,8% səs toplayıb(?).

P. S. Bu arada, Özbəkistanda seçkiləri müşahidə edənlər arasında Azərbaycandan Cavanşir Paşazadə, Aydın Mirzəzadə və başqaları olub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button