Top.Mail.Ru
ARAŞDIRMAbanner

Gücrü müxalifətinin qaraladığı ALMAN SƏFİR: Qərbin əsas məqsədi və Saakaşvili DÜYÜNÜ – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Almaniyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hubert Knirş deyib ki, Gürcüstanda keçirilən bələdiyyə seçkilərinin ikinci turunun nəticələrini tanımaq fundamental demokratik öhdəlikdir. Dəfələrlə məqalələrimdə və müsahibələrimdə vurğuladığım kimi, demokratiya, insan hüquqları, ədalətli idarəetmə indiki konyukturada xalqların öz daxili işidir. Əgər bir xalq avtoritarizmə, diktaturaya qarşı elliklə konsolodasiya olub müqavimət təşkil edə bilmirsə, nə ABŞ, nə də Avropa ona kömək edəsi deyil.

Almaniyanın Gürcüstandakı səfiri Hubert Knirş uzun müddətdir ki, gürcü müxalifətinin, aktivistlərin hədəfindədir. Hətta bir dəfə gürcü müxalifətinin liderlərindən biri Natelaşvili demişdi ki, iqtidar alman səfiri satın alıb. Əlbəttə, hörmətli Knirş də gürcü müxalifətinin ona qarşı “satın alınıb”, “Qazpromun adamıdır” ayamalarına olduqca qəzəblənmişdi.

Gürcü müxalifətinin qaraladığı Knirşin dedikləri

Hubert Knirş

Bu gün cənab Knirşin Gürcüstandakı bələdiyyə seçkilərinin nəticələri ilə bağlı dedikləri müxalifət və sosial şəbəkələrin gürcü seqmentində bayaqdan ciddi şəkildə müzakirə olunmaqdadır. Şübhə yoxdur ki, Qaribaşvili və hökumət yandaşları da bu fürsəti fövtə vermirlər və deyirlər ki, Saakaşvilinin lideri olduğu “radikal” müxalifət demokratik qərbə qarşıdır. İş ondadır ki, dünən Gürcüstandakı seçkini müşahidə edən ATƏT nümayəndələri də ilkin açıqlamada belə bəyan etdilər ki, seçkilər rəqabətli və peşəkar şəkildə təşkil olunub. ATƏT müşahidəçiləri onu da vurğuladılar ki, seçki təbliğatı dövründə hökumət və müxalifət mediasında mübarizədə qeyri-etik ifadələrdən, həqarətlərdən istifadə olunub. Və bu da Gürcüstan cəmiyyətində son illərdəki polarizasiyanın kuliminasiya nöqtəsidir. ATƏT müşahidəçiləri eyni zamanda seçicilərin təhdid olunması, hətta bəzi hallarda pulla satın alınmasını da vurğuladılar. ATƏT-in verdiyi ilkin rəyə görə, müxalifət seçkinin nəticəsini tanımalıdır və iqtidar da cəmiyyətdəki kəskin siyasi qütbləşməni aradan qaldırmalıdır.

İndi mən anlamıram ki, gürcü müxalifəti Almaniyanın bu ölkədəki səfirini niyə qaralayıb. Qosqoca ATƏT-in Seçki Müşahidə missiyası seçkilərdə müəyyən pozuntuların olduğunu bəyan etsə də, ümumilikdə prosesi peşəkar və rəqabətli adlandırıb.

Qərbin Saakişvili hədəfi

Fərz edirəm ki, bundan sonra qərbin əsas məqsədi müxalifət lideri Mixail Saakaşvilinin aclığı dayandırmasına və dərhal tibb müəssisəsinə köçürülməsinə nail olmaqdır. Daha sonra Ukrayna vətəndaşı olan Saakaşvilinin bu ölkəyə göndərilməsidir.

Qərb Ukrayna, Moldova və Gürcüstana görə Rusiya ilə açıq qarşıdurmaya gedən deyil. Hazırda ABŞ və Avropa ittifaqının əsas diqqəti Çinə yönəlib – əlavə alternativ konfliktlərə cəlb olunmaq gündəmdə deyil.

Hətta dünən Moldovanın qərbyönümlü prezidenti Maya Sandu hökuməti də təbii qazla bağlı Rusiya ilə anlaşmaya vardı.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button