Top.Mail.Ru
bannerDÜNYA

Yeni İran ANLAŞMASI – Üç dövlət RAZILIĞA GƏLDİ

Çin xarici işlər nazirinin müavini Ma Jaoxu rusiyalı həmkarı Sergey Ryabkov və ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Robert Melli ilə telefon danışığı zamanı Tehranın nüvə probleminin siyasi həllinə yardım etmək barədə razılığa gəliblər.

KAİM.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Çin, Rusiya və ABŞ İranın nüvə probleminin siyasi həlli prosesini irəli aparmaq üçün təmasları davam etdirmək barədə razılığa gəliblər” -, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında deyilib.

Ma Jaoxu söhbət zamanı İranın nüvə problemi ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə razılaşmalara riayət edilməsinin zəruriliyini xatırladıb. O qeyd edib ki, bu, BMT Təhlükəsizlik Şurası tərəfindən dəstəklənən çoxtərəfli diplomatik səylərin mühüm nəticəsidir.

“Bundan başqa, bu, nüvə silahının yayılmaması üzrə beynəlxalq sistem üçün əsas dəstəkdir. Eyni zamanda, Yaxın Şərqdə sülh və sabitlik bu razılaşmaya əməl edilib-edilməməsindən asılıdır”, – çinli diplomat qeyd edib. //Teleqraf.com

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button