Top.Mail.Ru

ARAŞDIRMAbanner

TƏCİLİ! Soçi görüşündən sonra prezidentdən MÜHÜM ADDIM: Zəngəzur dəhlizi… – MÜJDƏ

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısındakı çıxışında Zəngəzur dəhlizinə də toxundu və dəhlizin İƏT-ə üz ölkələr üçün önəmi bəhs etdi.

“Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”.

Azərbaycan lideri İƏT-ə üzv ölkələrə Zəngəzur dəhlizinin açdığı yeni imkanları təqdim edir və burada diqqətçəkən əsas məqam Prezidentin bunu Soçi görüşündən dərhal sonra açıqlamasıdır.

Loading...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı çıxışından iki nəticə çıxır.

Birincisi, Zəngəzur dəhlizi ilə bağlı məsələ artıq həll olunub, dövlət başçısı də bunun reallığa çevrildiyini vurğulayır.

Azərbaycan və Naxçıvan arasında nəqliyyat əlaqəsi yaradacaq, o cümlədən, bütün türk coğrafiyasını birləşdirəcək və Avrasiyanın nəqliyyat arteriyalarında mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi 10 noyabr üçtərəfli razılaşmaya əsasən açılmalıdır. Lakin Ermənistan tərəfi bunun dəhliz yox, özünün nəzarət edəcəyi, nəzarət-buraxılış məntəqəsi qurmaq istədiyi adi yol olmasını istəyir. Prosesin indiyə qədər uzanmasına səbəb də Ermənistanın qeyri-konstruktiv mövqeyi idi. Dəhlizin taleyi ilə bağlı məsələnin həllediləcəyi Soçi görüşündə Azərbaycanın mövqeyi, o cümlədən, Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli razılaşmalar əsas götürüldü. Görüşdə avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlamaqla bağlı qərar qəbul olundu. Rusiya prezidenti Vladimit Putinin kommunikasiyanın bərpasında “dəhliz” ifadəsinə üstünlük verməsi də Bakının mövqeyinin qəbul olunduğunu deməyə əsas verir. O cümlədən, razılaşmaya görə bu növbəti həftə İşçi Qrupu kommunikasiyalarla bağlı məsələyə yekun vuracaq və beləliklə, dəhlizin açılması istiqamətində işlər başlanacaq.

Soçi masasından qalib ayrılan Prezident İlham Əliyevin Aşqabaddakı çıxışı da Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllində irəliləyişə nail olunduğunu deməyə əsas verir.

İkincisi, Azərbaycan lideri İƏT-ə üzv ölkələrini dəhlizdən istifadə etməyə dəvət edir.

Zəngəzur dəhlizi ilk öncə region ölkələrinə – Rusiya, Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistan – iqtisadi dividentlər vəd edir. Bununla yanaşı, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat şəbəkəsində iştirak edən ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Ümumilikdə Avropadan Asiyaya uzanan və İƏT ölkələri də daxil olmaqla bütün dövlətlərin yer aldığı Avrasiyanın nəqliyyat arteriyalarının işləməsində yeni imkanlar yaradır.

Ən mühüm məqam Azərbaycanın nəhəng coğrafiyanı birləşdirə biləcək nəqliyyat şəbəkələrində əsas hab rolunu daha da artırmasıdır.

Asif Nərimanlı

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button