Top.Mail.Ru

ARAŞDIRMAbanner

Putin Qarabağda CEKPOT QAZANDI: “Sülhməramlılar”ın müddəti qeyri-müəyyən vaxta UZADILIR? – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Soçidə Rusiya prezidenti V.Putin,Azərbaycan prezidenti İ.Əliyev və Ermənistanın baş naziri N.Paşinyan arasında keçirilən son üçtərəfli görüşdə razılaşdırılan məsələlərdən biri də dekabrın sonuna qədər demarkasiya, delimitasiya ilə bağlı mexanizmin yaradılması idi.

Üçtərəfli görüşdə regiondakı kommunikasiya xəttlərinin həyata keçirilməsi də müzakirə olunmuşdu. Dekabrın 1-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri arasında bu istiqamətdə görüş baş tutsa da, nəticə hasil olmayıb. Bunu Ermənistanın Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib. Qriqoryan deyir ki, Ermənistan Sovet İttifaqı dövründə mövcud olmuş infrastrukturun bərpasını müzakirə etməyə, yolları açmağa hazırdır. Armen Qriqoryan onu da vurgulayıb ki, onlar da Azərbaycan ərazisindən başqa ölkələrlə əlaqə, eləcə də Azərbaycan tərəfi Naxçıvana yol əldə edə bilər.

Loading...
Yazının davamı reklamdan sonra

N. Paşinyan da bir müddətdir deyir ki, Azərbaycan və Naxçıvan arasında dəhliz yox, yalnız yol ola bilər.

Biz bilirik ki, dəhliz olsa, bu xəttin təhlükəsizliyinə Rusiya, yol olsa Ermənistan sərhədçiləri nəzarət edəcək. Görünən odur ki, Paşinyan hökuməti “dəhliz” məsələsində güzəştə getmək istəmir. Təsəvvvür edin, Ermənistan və Dağlıq Qarabag ərazisində Laçın dəhlizi olsa da biz nə ona nəzarət edə bilirik, nə də onun əvəzində Naxçıvana koridor əldə edə bilirik. Belə çıxır ki, Azərbaycan sürücüləri Naxçıvana gedərkən erməni sərhədçiləri tərəfindən yoxlanılacaq, ermənilər isə Laçın koridoru vasitəsi ilə Dağlıq Qarabağ ərazisinə daxil olarkən, rus “sülhməramlıları” tərəfindən sadəcə olaraq formal yoxlanışa tabe olacaqlar.

Ortaya sual çıxır: Laçın dəhlizində Azərbaycan dövlətinin niyə gömrük xidməti yoxdur və ya gələcəkdə bu, reallaşa bilərmi?

Cavab: bu, nə indi, nə də gələcəkdə mümkün olmayacaq. Ona görə ki, Laçın koridorunun faktiki sahibi “sülhməramlı” ruslardır.

Keçən dəfə yazmışdım ki, Putin Avropa İttifaqının təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşünü qabaqlamaq üçün Soçidə tezbazar üçtərəfli “müzakirə” təşkil etdi. Bəli, bu, sadəcə tərəflər arasında “müzakirə” idi və konkret olaraq heç bir ciddi razılaşma əldə olunmadı.

O ki, qaldı Zəngəzur dəhlizinə, reallıq budur ki, N. Paşinyan buna qarşıdır. Təbii ki, bu məsələdə daxili faktorlar; hazırkı hökumətin elektoratı arasında layihəyə müqavimət, daxildəki revanşist müxalifətin təzyiqi və başqa səbəblər var.

Yaxşı, Rusiya Zəngəzur dəhlizini istəsə, bunu həyata keçirə bilərmi?

Əlbəttə, Putinin güman edirəm, elə əsas hədəfi də budur. Sadəcə, Paşinyan da istəyir ki, sabah Rusiyanın təzyiqi nəticəsində Zəngəzur koridoru açılarsa, bu, onun iqtidarına problem yaratmasın. Yəni, Paşinyan öz iqtidarına şərt kimi qarantiya almaq istəyir. Əgər, Zəngəzur dəhlizi həyata keçərsə, Rusiya həm bu koridor, həm də Laçın dəhlizi üzərində külli ixtiyar sahibi olacaq.

Mənim şübhəm isə ondan ibarətdir ki, Rusiya Azərbaycandan hər hansı böyük güzəşt əldə etməyincə, Zəngəzur dəhlizinin həyata keçirilməsini hələ bir müddət də yubadacaq. Bu güzəşt o ola bilər ki, Azərbaycan Qarabağdakı məramı qətiyyən sülh olmayan rus hərbçilərinin müddətini “qeyri-müəyyən” vaxta qədər uzatsın. Ehtimal edirəm ki, Zəngəzur koridoru məsələsində Paşinyanın məlum kaprizinin arxasında məhz elə Rusiyanın özü dayanıb. Sanki ssenariya uyğun oyun oynayırlar.

Rusiya öz geosiyası maraqlarını son 44 günlük müharibədən sonra Cənubi Qafqazda təmin edib. Dolayı yolla, bu, o deməkdir ki, 44 günlük müharibədə “cekpot” Putinin olub.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button