Top.Mail.Ru

bannerKRİM - XRONİKA

SON DƏQİQƏ! Ölkədən qaçan sabiq Baş Qərargah rəisi HƏBS EDİLDİ: Bir qrup hərbçi ilə….

Gürcüstanın sabiq Baş Qərargah rəisi Georgi Kalandadze Almaniyanın paytaxtı Berlində saxlanılıb.

KAİM.az yerli KİV-lərə istinadla xəbər verir ki, keçmiş Baş Qərargah rəisinin saxlanılması Gürcüstan hökumətinin tələbi əsasında baş tutub.

Məlumata əsasən, G.Kalandadze 2012-ci ildə Gürcüstan vətəndaşı Elberd Koberidzenin işgəncə və qanunsuz həbsi ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Xatırladaq ki, Georgi Kalandadze 2012-ci il oktyabrın 8-dən noyabrın 11-dək Mixail Saakaşvilinin prezidentliyi dövründə Baş Qərargah rəisi vəzifəsində çalışıb. 2014-cü ildə hakimiyyət dayişəndən sonra o bir qrup hərbçi ilə Ukraynaya yollanıb.

Qeyd edək ki, Gürcüstan tərəfi bu barədə hələlik rəsmi açıqlama verməyib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button