Top.Mail.Ru

ARAŞDIRMAbannerDÜNYA

“Restoranda maska taxarlar, necə yeyim,necə içki içim?”

İndiyə qədər Yaponiya koronavirusu nəzarətdə saxlaya bilirdi. Ancaq indi bəzi xəstəxanalar dolub-daşır. Alman qəzeti “Die Welt” gündoğar ölkədəki vəziyyətdən yazıb:

“NHK dövlət qanun televiziyasında axşam xəbərlərində xəstəxana rəhbərləri işçi çatışmazlığından və reanimasiya şöbələrindəki yataq sayının azalmasından şikayətləndi. Bundan sonrakı üç həftənin virusa qarşı mübarizədə xüsusi əhəmiyyət kəsb edəcəyini söyləyərək şənbə günündən bəri Tokiodakı və ətrafındakı bütün kafe, bar və karaokelərin  17 dekabr tarixinə qədər axşam saat 10-dan gec olmamaq şərti ilə bağlanmasını istədilər.

Ümumiyyətlə yoluxmuş insanların sayının milyon həddini keçdiyi və 16 mindən çox insanın öldüyü Almaniya ilə müqayisədə, Yaponiya pandemiyanın öhdəsindən nisbətən yaxşı gəlirdi – burada 148 min infeksiya hadisəsi qeydə alınmışdı ​​. 2,1 min nəfər dünyasını dəyişmişdi. Nəzərə alaq ki,  83 milyon insan Almaniyada, 126 milyon insan Yaponiyada yaşayır.

Loading...
Yazının davamı reklamdan sonra

Bununla belə, noyabr ayının ortalarından etibarən yoluxma hadisələrinin sayı əhəmiyyətli dərəcədə artmağa başladı və hazırda gündəlik 2 min- 2.5 min arasında dəyişir .

 

Yaponiya hələ də demək olar ki, heç bir test keçirmir və nisbətən az məlumat dərc edir. Son zamanlarda koronavirusa müsbət cavab verən insanların nisbəti 6,5% -dir.

Ancaq Tokio şəhərinin mərkəzindəki metro stansiyası yaxınlığındakı kafelərdən birinin qonaqlarını bu statistika narahat etmir. Onların əksəriyyəti tipik qaranlıq kostyumlar və ağ köynəklərdə ofis işçiləridir. Üzləri alkoqoldan qızarıb, bir-birlərinə yaxın oturublar. Yüksək səslə gülürlər və danışırlar, üzlərində maskalar yoxdur .

Görünən odur ki, Baş nazir Eseqide Suqinin müraciətlərini vecinə alan yoxdur.

Bu yaxınlarda o həmvətənlərinə müraciət etmişdi ki, restoranlarda “səssiz” çörək yesinlər.

Suqinin deməsindən belə çıxırdı ki, çörək yeyən zaman insan maskanı üzündən çıxarmadan kənara çəkməli, ağzına tikəni qoyandan, yaxud su, içki içəndən sonra maskanı yenidən yerinə qaytarmalıdı.

Səhiyyə Nazirliyi hətta yeni şüar hazırlayıb- “Həmişə maskada”

Reklam posterində pivə içən şəxsin qulağına tərəf çəkilmiş maska var.

Tokionun qubernatoru isə Yuriko Koike vətəndaşlara məsləhət görüb ki, nahara yaxud qonaqlığa çağırılan qonaqların sayı da, keçirilmə vaxtı da  məhdudlaşdırılsın.

Yaponiyalı ekspert Tetsuya Matsumoto yemək vaxtı maska taxılmasının efektliyinə inanmır:

“Hətta Yaponiya kimi maskaya öyrənmiş ölkə üçün də bu absurd qərardır. Maskada da spirtli içki içərlər? Ondansa heç restorana getmərəm”

Kaim.az

Tərcümə İlqar Atabəyli

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button