Top.Mail.Ru

ARAŞDIRMAbanner

Ərdoğan Putinə QARŞI: Türkiyə Ukraynanın müdafiəsi üçün ABŞ-ı bu şərtlərlə SIXIŞDIRIR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Yaxın tarixdə konkret olaraq ABŞ Ukraynanın NATO-ya üzv qəbul edilməsinə razılıq verərsə, birmənalı olaraq demək olar ki, Rusiya hətta 1 gündən də az bir vaxtda bu ölkəni işğal edəcək. Reallıq budur ki, nəinki Ukrayna ordusunun, hal-hazırda NATO-nun Avropadakı komandanlığının ruslarla başa çıxması mümkün deyil.

Ukraynanın ən yaxın müttəfiqlərindən biri Türkiyədir. İki ölkə arasında hərbi texnologiya sahəsində inkişaf var. Bundan əlavə, Ukrayna bir müddətdir ki, Donbasda Türkiyə istehsalı “Bayrakdar-TB 2” PUA-lardan istifadə edir. Rusiya prezidenti Putin bu barədə narahatlığını Türkiyə prezidenti Ərdoğana çatdırıb. Üstəlik, hazırda NATO Birləşmiş Yüksək Hazırlıq Qüvvələrinə (BYHQ) komandanlıq edir. Bu, o deməkdir ki, sabah Donbasda Ukrayna və Rusiya arasında hər hansı eskalasiya baş verərsə, ərazidə məhz BYHQ-yə tabe olan qüvvələr əməliyyatlara başlayacaq.

Gəldiyim qənaət bundan ibarətdir ki, Ukrayna və Rusiya arasında müharibə başlayarsa, Türkiyə rəsmi Kiyevi müdafiə edəcək. Ona görə ki, Türkiyə NATO-nun üzvüdür və Ankaranın rəsmi Kiyevlə strateji müttəfiqliyi yüksək səviyyədədir. Hətta rəsmi Ankara Rusiyadan gələn turistlərdən qazandığı milyardları itirməyi də gözə ala bilər.

Loading...

Bəli, Türkiyə Ukraynaya görə bu gün arası soyuq olan ABŞ ilə eyni mövqedən çıxış edə bilər, ancaq Ərdoğanın da rəsmi Vaşinqton qarşısında tələbləri var:

  1. Suriyanın şimalında kürd yaraqlılarına (YPG) verdiyi hərbi, siyasi və logistik dəstəyi kəsəcək.
  2. Rusiyadan indiyə qədər aldığı S-400 HHM sistemlərinə görə Türkiyəyə verməli olduğu F-35 qırıcı təyyarələrini Ankaraya təslim edəcək.
  3. Yunanıstanı silahlandırmaqdan vaz keçəcək, Ədirnənin qarşısındakı (ABŞ hərbçiləri) Dədəağacdakı hərbi qüvvələri geri çəkəcək.
  4. Türkiyənin milli valyutası TL üzərində manipulyasiyalara son qoyacaq.
  5. Türkiyənin Efiopiyaya PUA satışına problem çıxarmayacaq və Liviyada 20 il ABŞ-ın Arizona ştatında bəsləyib indi BMT tərəfindən tanınan Liviya hökumətinə qarşı istifadə etdiyi Xəlifə Xəftərə dəstəyini kəsəcək.

Əlbəttə, Türkiyənin tələbləri ABŞ üçün heç də asan deyil. Və bunu şübhəsiz ki, Rusiya da bilir. Rəsmi Kremlin ehtimal olunan Rusiya-Ukrayna hərbi qarşıdurmasında arzulayacağı Türkiyənin “neytral” mövqe sərgiləməsidir. Əgər Moskva Ankaranın neytrallığına əmin olsa, bunu özü üçün mühüm “strateji qazanc” kimi qəbul edəcək.

Digər tərəfdən, Türkiyə dövləti Rusiyanın milli maraqlarını qorumaqda zəifliyini görərək, Mərkəzi Asiyada və Cənubi Qafqazda nüfuzunu artırır. Bu səbəbdən, Türk Dövlətləri Təşkilatının yaradılması və bu qurumun gələcəkdə hərbi alyansa çevrilməsi də gündəmdədir. Görünən odur ki, Rusiya gələcəkdə TDT-nin hərbi ittifaqa çevrilməsini əngəlləyəcək.

Rusiya və Ukrayna arasında hərbi eskalasiya baş verərsə qərb böyük ehtimalla Rusiyaya qarşı ciddi sanksiyalardan daha çox “qınama” ilə vəziyyəti yola verəcək. Biz buna “ciddi qınama”da deyə bilərik. Qərbin Rusiyanı beynəlxalq banklarası sistem olan SWİFT-dən çıxaracağına da inanıram.

Bu gün kontinental Avropa öz enerji ehtiyacının 35%-ni Rusiyadan tədarük edir. Yəni, avropalılar Rusiyadan aldığı təbii qazın pulunu təyyarəyə yerləşdirib Moskvaya göndərməyəcəklər. Doğrudur, qərb Rusiya təbii qazından imtina edə bilər. Lakin bunun üçün qərbə 4-5 il vaxt lazımdır. Həm də hazırda dünya birjalarında təbii qazın minkubmetrinin qiyməti 2000 dolları ötüb. Üstəlik, qərb Rusiya təbii qazından imtina etsə belə, Çin rəsmi Moskva üçün alternativ bazardır. Ancaq Putin də başa düşür ki, təbii qazı ancaq Çinə satmaq həm də bu dövlətdən asılılıqdır. Rusiya öz təbii qazını satmaq üçün alternativ bazarlar tapmaq məcburiyyətindədir.

Hazırda Rusiyanın əsas məqsədi Almaniyaya “Şimal Axını-2” layihısi ilə satacağı təbii qazın rəsmi Berlin tərəfindən qısa müddətdə sertifikatlaşdırılmasıdır. Əslində, Ukrayna məsələsinin dərin qatında yerləşən məsələlərdən biri də elə budur – Putinin təzyiqi…

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button