Top.Mail.Ru

ARAŞDIRMAbanner

İrəvana kritik 2022 MESAJI – Azərbaycan NATO MODELLİ orduya keçidi bitirir

Qərbin şikayətlərindən bezdiyi Ermənistan sülh müqaviləsini daha 1 il ləngidə bilməyəcək – proqnozlar…

2021-ci ilin son gününü yaşayırıq. Əfsuslar olsun ki, başa çatmaqda olan il də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bitmədi. Bu da o anlama gəlir ki, bölgədə yeni müharibə riski rəsmən aradan qalxmayıb. Hansı müharibə ki, Ermənistan adlı süni dövlətin olan-qalan simvolik əlamətlərinin də yoxa çıxmasına gətirə bilər.

Bunu bilə-bilə kapitulyant tərəf bəzi xarici havadarlarına arxalanaraq, hələ də özünü qalib Azərbaycanla bərabər şərtlər çərçivəsində aparmağa çalışır. Ancaq 2021-ci il bu xüsusda Ermənistan üçün təsəlliverici heç nə ilə yadda qalmadı. İrəvanın Bakı və İrəvana qarşı başından yekə tələb və iddiaları Qərbdə faktiki eşidilməz oldu. Hətta baş nazir Nikol Paşinyan belə bir acı etirafda bulunmalı oldu ki, Qərb İrəvanın şikayətlərindən bezib. Elə isə nəticə çıxarmağın, təhlükəli “iki stul” siyasətindən imtinanın zamanı çatmadımı?

*****

Loading...
Yazının davamı reklamdan sonra

Ermenistan Başbakanı Nikol Paşinyan istifa etti - BBC News Türkçe

Adətən xarici siyasət daxili siyasətin davamı sayılır. Daxildə isə Nikol Paşinyan bu il öz hakimiyyətini radikal-revanşist müxalifətdən qorumaqla məşğul oldu. Real sülh anlaşmasının əldə edilməsi, nəqliyyat yolları və kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası yönündə isə əsasən quru bəyanatlar eşitdik.

Lakin 2022-ci il artıq zor-xoş real addımlar ili olacaq. Olmalıdır. Birinci ona görə ki, istənilən müharibə sülh müqaviləsi ilə yekunlaşmalıdır. Əks halda, yeni müharibə qaçılmazdır. İkincisi isə nə qalib Azərbaycan, nə də Türkiyə İrəvana sonsuzadək şans vermək, Paşinyan iqtidarının nazı ilə oynamaq fikrindədir. Bir neçə mühüm səbəbdən.

*****

Ordu quruculuğunda yeni mərhələ - ŞƏRH » Kaspi.azAzərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Əvvəla, gün kimi aydındır ki, Azərbaycan yerində saymayacaq və gələn il öz hərbi qüdrətini daha da artıracaq. Buna Ermənistan üzərində əzici maliyyə-iqtisadi üstünlüyümüz tam imkan verir. Bu xüsusda 2021-ci il ölkəmizdə ordu quruculuğu və silahlı qüvvələrimizin Türkiyə (NATO) modelinə keçidi yönündə olduqca mühüm, hətta həlledici irəliləyişlərlə yadda qaldı. Bu, “məğlubedilməz” ordusu darmadağın edilmiş və hələ də dirçələ bilməyən Ermənistana, oradakı qaynar başlara özlərini yığışdırmaq üçün ciddi xəbərdarlıq mesajıdır.

“Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə uyğunlaşdırılması prosesi davam edir”.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov bunu srağagün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturu təkmilləşdirilərək Quru Qoşunları Komandanlığı və yeni hərbi birlik yaradılıb. Söhbət azad edilə ərazilərdə dislokasiya olunmuş bölmələrimizn əməliyyat və döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi, həmçinin xüsusi şəraitdə döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə formalaşdırılan əməliyyat (komando) hərbi hissələrindən gedir.

Anar Eyvazov: Azərbaycan Ordusunun keyfiyyətcə yüksək, müasir standartlara çatdırılması tapşırıqları uğurla yerinə yetirilir

“Komandoların Türkiyədə müvafiq hazırlıq kurslarını keçməsi təmin edilib. Bu proses hazırda da davam etdirilir”, – nazirlik sözçüsü bildirib və əlavə edib ki, Vətən müharibəsində əldə edilən təcrübələrin təhlili əsasında Türkiyə Silahlı Qüvvələrinin də modeli nəzərə alınaraq yeni döyüş təlimatları hazırlanır. Türkiyə Silahlı Qüvvələri zabitlərinin iştirakı ilə təşkil edilən bir çox kurslara xeyli sayda hərbi qulluqçunun cəlb edilməsi mütəxəssis hazırlığını da yeni səviyyəyə yüksəldib.

*****

Azerbaycan ordusundan Laçın'da askeri tatbikat - Kırım Haber Ajansı - QHA

Xarici ekspertlər, hətta ermənipərəst politoloqlar qalib Azərbaycanın gələn il də diktə edən tərəf olacağını və Ermənistanın Azərbaycan və Türkiyə ilə uzunmüddətli anlaşmalara getmək zorunda qalacağını təxmin edirlər. Hərçənd daxildə güclü müqavimətlə üzləşən Nikol Paşinyan üçün bu elə də asan olmayacaq.

“Zahiri əlamətlərə görə, Soçi və Brüssel görüşlərindən sonra Azərbaycan və Ermənistan başçıları arasında artıq normal işgüzar münasibətlər yaranıb. Həll prosesi fəaliyyət mərhələsinə qədəm qoyub”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu ilin yekunlarını Minval.az-a şərh edən tanınmış rusiyalı politoloq Tatyana Poloskova söyləyib.

Onun sözlərinə görə, Paşinyanı Ermənistanda istənilən qədər tənqid edə bilərlər, ancaq deyəsən, o, artıq “doğma ölkəsində zəhərli atmosferdə” yaşamağa öyrəşib.

“Yeni müharibə? Ermənistan onu da uduzacaq. Və sonra ölkənin parçalanması labüd olacaq. Yeni il ərəfəsi Qarabağdakı operetta rejiminin rəhbərləri Ermənistan rəhbərliyi ilə birbaşa konfliktə getdilər, bəs sonra necə olsun? Zaman keçəcək və Ermənistanda ”satqın” Paşinyana hələ abidə də ucaldılacaq. Ən azı ona görə ki, belə görünür o, Türkiyə ilə uzun sürən münaqişəni yoluna qoya biləcək”, – deyə politoloq qeyd edib.

*****

Stanislav Tarasov: “Moskva görüşü mürəkkəb diplomatik oyunun yalnız müqəddiməsidir” | KONKRET

 Stanislav Tarasov

“Qarabağın bütün ərazisi Azərbaycanın nəzarətinə keçəcək və Ermənistan heç nə edə bilməyəcək. Söhbət Xankəndindən gedir. Bu ərazilər Ermənistandan tamamilə ayrılacaq və Azərbaycanın nəzarətinə keçəcək, Rusiyanın isə bu proseslərdə müşahidə missiyası olacaq. Bundan əlavə, İrəvan ”1915-ci il soyqırımı” terminindən də imtina etməli olacaq”.

Bu fikirləri isə digər rusiyalı politoloq, ermənipərəst mövqeyi ilə tanınan Stanislav Tarasov erməni mətbuatına müsahibəsində bildirib (Axar.az).

Tarasova görə, hazırda Rusiya Ermənistana qarşı çox ehtiyatlı davranır. “Çünki İrəvan ikili oyun oynayır. Ermənistanda rus dili çoxdan unudulub. Bir ildən sonra İrəvanda heç ingilis dilində də yox, türk dilində danışacaqlar. Ermənilər pul qazanmaq üçün türk dilini öyrənməyə məcbur olacaqlar”, – deyə Tarasov vurğulayıb.

Xüsusən də Qarabağ anklavındakı ermənilər dilimizi öyrənməli olacaqlar. Hər necə olmasa, Ermənistan NATO tipli ordu quruculuğunu yekunlaşdırmaqda olan Azərbaycanla sülh müqaviləsini daha 1 il ləngidə bilməyəcək…

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button