Top.Mail.Ru

bannerDÜNYA

Putin və Ərdoğan Cənubi Qafqazdakı vəziyyəti MÜZAKİRƏ EDİBLƏR

Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyib Ərdoğan telefonla danışıblar.

KAİM.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Yeni il münasibətilə təbrik mübadiləsindən sonra Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub və Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Loading...

Danışıqlar zamanı beynəlxalq mövzulara, o cümlədən Rusiyanın təhlükəsizliyinə təminat verən hüquqi sazişlərin işlənib hazırlanmasına dair məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanması məsələlərinə də toxunulub.

Tərəflər arasında şəxsi təmasların davam etdirilməsi razılaşdırılıb. //Report

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button