Top.Mail.Ru

bannerDÜNYA

TƏCİLİ! Rusiyadan Türkiyə müttəfiqlərinə ACIMASIZ ZƏRBƏ: 1 milyon insan…

İsraili Suriyayaya hücum etməkdə tənqid edən Rusiya Türkiyənin müttəfiqlərinə zərbə endirərək bir milyon insanı susuz qoyub.

KAİM.az xəbər verir ki, Rusiyanın Hərbi Hava Qüvvələri Suriyanın İdlib əyalətində yerləşən hədəflərə zərbə endirib.

Reuters agentliyi iddia edir ki, təyyarələr Bəşər Əsədin əleyhdarlarının nəzarətində olan bir sıra şəhərlərə bomba zərbələri endirib.

Loading...

Agentliyin məlumatına görə, bombalar İdlib şəhərinin bir milyon sakinini su ilə təmin edən suvurulan qülləsinə düşüb.

“Rusiyalılar hədəf kimi infrastruktur və təsərrüfat obyektlərini seçir. Bu, insanların əzablarını daha da dərinləşdirir”,’- agentlik şəhər administrasiyası nümayəndəsi Abu Hazəm İdlibinin sözlərindən iqtibas gətirib.

İdlib əyalətində üç milyona yaxın insan yaşayır. Onların sayı ölkənin başqa bölgələrinə Suriya ordusunun hücumundan sonra yaraqlıların və dinc əhalinin axınından sonra artıb. Bu rayonda gərginliyin artması Türkiyə ilə cənub sərhəddə köçkünlərin sayının artmasına gətirib çıxara bilər.
Ankara Bəşər Əsəd və müttəfiqlərinin ordusunun bu rayonda istənilən hərəkətlərinə ağrılı reaksiya verir. İdlibdəki vəziyyət dəfələrlə Rusiya və Türkiyə prezidentləri arasında müzakirə predmeti olub.

Qeyd edək ki, İdlibdəki obyektlərin Rusiyanın HHQ tərəfindən bombardman edilməsi haqqında məlumat Putinin Ərdoğanla telefon danışıqları barədə Kremlin saytında məlumat yerləşdiriləndən sonra üzə çıxıb.

“Bir-birini Yeni il münasibətilə təbrik etdikdən sonra Vladimir Putin və Rəcəb Ərdoğan ikitətəfli əməkdaşlığın nəticələrinə yekun vurub və bundan sonra da Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın fəallaşması əzmində olduqlarını təsdiq ediblər. Beynəlxalq məsələlərə, o cümlədən Rusiya Federasiyasının təhlükəsizliyini təmin edən hüquqi cəhətdən formalaşdırılan razılaşmaların işlənib hazırlanması haqqında məlum təkliflərə, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviyada nizamlanma məsələlərinə toxunulub”,- sayt məlumat verib.

Moskva müntəzəm olaraq Qüdsü Suriyadakı obyektlərə hücumlarına görə tənqid edir. Bu zaman iddia edilir ki, hücumlar nəticəsində ərəb ölkəsinin dinc əhalisi əziyyət çəkir.

mənbə: Moderator.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button