Top.Mail.Ru

ARAŞDIRMAbanner

Putin Türk Dünyası Təşkilatını BÖLÜR: Növbəti hədəf Türkmənistan OLA BİLƏR – TƏHLİL

Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev
Siyasi ekspert, beynəlxalq münasibətlər üzrə araşdırmaçı Kamal Əliyev

Bu gün Mərkəzi Asiyanın ən böyük dövləti, iqtisadi gücü olan Qazaxıstanda baş verənləri seyr edəndə, insan istər-istəməz düşünür ki, görəsən Rusiya prezidenti V. Putinin planları, ambisiyaları nədir?

Rusların Mərkəzi Asiyaya ayaq açması 1869-cu illərə təsadüf edir. Elə o zamandan Qazaxıstanın böyük hissəsini ələ keçirən Çar Rusiyası regionu sosial-iqtisadi, etno-mədəni cəhətdən müstəmləkələşdirməyə başladı. Hətta 1917-ci ildə Türmənistan regionuna 1,5 milyon rus köçürülmüşdü. 1959-cu ildə Mərkəzi Asiyanın 25 milyonluq əhalisinin 10 milyonundan çoxu ruslar idi.

Ümumiyyətlə, Mərkəzi Asiyanın Rusiya tərəfindən müstəmləkə tarixi təxminən 150-160 ildir. Rusiyanın Mərkəzi Asiya siyasətinin fundamental hədəfi bacardıqca bu regionu öz siyasi və iqtisadi orbitindən uzaqlaşmasına imkan verməmək, regiondakı respublikaları satellitə, öz malları üçün ticarət obyektinə çevirməkdir.

Loading...

Bunlara rəğmən, Kremlin vaxtaşırı Mərkəzi Asiyada problemləri də yaranıb. Məsələn, bir müddət əvvəl Türkmənistan xarici siyasət kursunda neytrallığını bəyan etdi. Əlbəttə, bu, Putini ciddi narahat edir. Daha sonra Türkmənistan prezidenti Q. Berdimuhammedov ölkəsinin Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi kimi üzv olmasını təmin etdi.

Təbii ki, Berdimuhammedovun bu hərəkəti Kremli qəzəbləndirdi. Putin düşünür ki, necə ola bilər ki, Aşqabad onun KTMT və Avrasiya İttifaqında nə tamhüquqlu üzv və müşahidəçi kimi təmsil olunmaq istəmir, ancaq Ankaranın orbitindəki TDT-də təmsil olunur. Bu baxımdan istisna etmirəm ki, bu gün Qazaxıstanda baş verənlər sabah Türkmənistanda yaşanmayacaq.

Digər tərəfdən, Qazaxıstanın keçmiş lideri (El başı) vaxtaşırı qeyri-rəsmi kanallar vasitəsi ilə anti-Rusiya təbliğatı aparıb, kiril əlifbasından latın qrafikasına keçidi həyata keçirib, rusların ehmal şəkildə dövlət vəzifələrindən kənarlaşdırılmasını təmin edib, rus mədəniyyətinin qismən neytrallaşdırılmasına nail olub. Lakin N. Nazarbayevin 30 ildən çoxdur lideri olduğu Nur-Otan partiyası ilə yürütdüyü basqıcı, avtoritar siyasət ona gətirib çıxardı ki, qəzəbli kütlə onun heykəllərini aşırır, hətta “nazarbayevizm”ə son qoymaq istəyir.

Kremlin isə Mərkəsi Asiyada aşağıdakı maraqları var:

  1. Kreml KTMT vasitəsilə bu regiona özəl hərbi-siyasi maraq göstərir. Yadınızdadırsa, Özbəkistan 2012-ci ildə KTMT-ni tərk etdi. Bu, Kreml üçün əməlli-başlı “soyuq duş” idi. Buna baxmayaraq, Şafkat Mirziyoyevin hökuməti “neytrallığını” qoruyaraq, KTMT-nin son iki təlimində iştirak edir. Çin maksimum çalışır ki, Mərkəzi Asiyadakı respublikaların daxili işlərinə qarışmasın. Ancaq Pekinin regionda artan iqtisadi aktivliyi Moskvanı narahat edir. Həm Moskva, həm də Pekin Şanxay İqtisadi Əməkdaşlıq Təşkilatı (ŞİƏT) çərçivəsində fəaliyyətə üstünlük verirlər və əsla istəmirlər ki, Mərkəzi Asiyada ABŞ-ın hərbi bazaları olsun.
  2. Rusiya Mərkəzi Asiyadakı dominant avtoritar rejimləri dəstəkləyir və iqtisadi və milli biznesin nümayəndələri ilə də iş aparmaqdadır. Rusiya bu elit qrupların toxunulmazlığını qoruyur. Təssəvvür edin ki, Qazaxıstanın hazırkı prezidenti K. C. Tokayevin Rusiyada böyük biznes şəbəkəsi var.
  3. Rusiya onun fərqindədir ki, ABŞ, Çin və Türkiyənin regiona nüfuz etməsinin qarşısını almaq olduqca çətindir. Və bunun qarşısını almaq üçün Mərkəzi Asiyanı həm KTMT, həm də Avrasiya İttifaqı formatında bir-birinə pərçimləyir və onları öz orbitindən kənara çıxmağa imkan vermir. Kreml qorxur ki, Türk Dövlətləri Təşkilatı gələcəkdə hərbi alyansa çevrilər. Rusiya bundan ehtiyat edir və düşünür ki, TDT əslində qərbin proyektidir. Təsadüfi deyil ki, N. Nazarbayevin vaxtında Qazaxıstan və Türkiyə arasında strateji tərəfdaşlıq haqqında müqavilə imzalanıb.
  4. Rusiyaya görə, hər il Əfqanıstandan tonlarla narkotik maddə Mərkəzi Asiya üzərindən bu ölkəyə daşınır. Rusiya bu narkotrafikin qarşısını almaq istəyir. Narkotikadan əldə olunan pullar daha sonra “yuyulur” və iqtisadi sektora investisiya kimi yatırılır. Hər il Mərkəzi Asiyadan Rusiyaya 70-80 ton əfqan heroini daxil olur və burada 3 milyon narkomanın olduğu təxmin edilir. Əslində, Mərkəzi Asiyanın bəzi ərazilərində çətənə və xaşxaşın yetişdirilməsi kənd camaatı üçün münbit gəlir mənbəyidir. Rusiyanın Qazaxıstan və Qırğızıstanla sərhədləri o qədər uzundur ki, buraya nəzarət etmək çətindir. Və bu, narkoticarət üçün əlverişlidir.
  5. Rusiya və Mərkəzi Asiya respublikaları arasında həm qanuni, həm də qeyri-qanuni miqrasiya axını mövcuddur. Təbii ki, bunu tənzimləmək istəyi də yoxdur. Bu gün Rusiyadakı miqrantların 50%-dən çoxu Mərkəzi Asiyadan gəlir və bunlar eyni zamanda ucuz işçi qüvvəsidir. Hal-hazırda Rusiyada 2-2,5 milyon özbək, 1 milyon qırğız, 1-1,5 milyon da tacik işləyir. Bu respublikaların ÜDM-nin 20-50%-ni miqrantlardan gələn profitlər təşkil edir. Miqrasiya elə bir şeydir ki, bu, Mərkəzi Asiya respublikalarını keçmiş metropoliya ilə birləşdirir, xalqlar arasında təması, əməkdaşlığı stimullaşdırır. Miqrasiya həm də rus dilinin yayılmasına da təkan verir.

Lakin Mərkəzi Asiyadan gələn miqrantlar Rusiyaya həm də problemlər gətirir:

  • İslam kimliyi möhkəmlənir, provaslav regionlar tədricən islamlaşır.
  • Radikal islamçı qruplar (vəhabilər) təbliğat aparırlar və bu da dini ekstremizmə rəvac verir.

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton deyirdi ki, Putin MDB, KTMT, Aİ kimi təşkilatların vasitəsilə SSR-ni qurmağı xəyal edir. Qərbin siyasi elitası isə bunun Rusiya imperiyasının axırına çıxacağını bəyan edirdi.

Ancaq reallıq budur ki, son illərdə nə qərbin, nə də Kremlin hədəfləri reallaşmayıb. Yəni, Rusiya nə parçalanmayıb, nə də Avrasiya İttifaqını tam istədiyi formatda yarada bilməyib. Rusiya Tacikistanda, Qırğızıstanda və Qazaxıstanda öz hərbi mövcudluğunu ABŞ-ın Əfqanıstanı tərk etməsindən sonra da gücləndirməkdə davam edir. Və mənə elə gəlir ki, Rusiya hətta dünya müharibəsi bahasına başa gəlsə də, Mərkəzi Asiyanı əldən verməmək naminə dirənəcək.

Bu arada, məşhur politoloq, strateq Zbiqnev Bjezinskinin bir cümləsini xatırlatmaq yerinə düşər.

O, deyirdi ki, Rusiya Mərkəzi Asiyanı xarici qüvvələrdən neytrallaşdırmaq siyasi cəhətdən çox zəif, regionun özünü iqtisadi cəhətdən inkişaf etdirməsi üçün çox kasıbdır.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button