Top.Mail.Ru
bannerMANŞET

“Artıq dünya gücləri Qarabağla bağlı qərar verdilər” – Bu çox böyük tarixi qələbədir!

“Artıq dünya gücləri Qarabağla bağlı qərar verdilər. Bu qərar ABŞ-ın NATO-dakı səfiri Key Hatçinsonun bəyanatından aydın sezilir”.

Bu sözləri haqqın.az və virtualaz.org saytlarının rəhbəri Eynulla Fətullayev özünün facebook səhifəsində bildirib.

Saytların yığılması Saytların yığılması

O daha sonra yazıb: “Vaşinqton həm də Rusiyanın və Fransanın siyasi qərarını elan etdi – Qarabağ erməniləri yalnız Azərbaycanın tərkibində yaşaya bilər. Azərbaycanın suverenliyi və sərhədləri toxunulmazdır.

Həqiqətən, İlham Əliyev parlaq geosiyasi kombinasiya qurdu. Bu işdə Türkiyənin rolu da çox böyükdür. Təbrik edirəm Sizi, əziz dostlar. Bu çox böyük tarixi qələbədir!

Artıq yalnız texniki məsələlərin həlli qalır. Yəni, ordumuzun Şuşaya daxil olması!”

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir