Top.Mail.Ru
bannerMANŞET

Azərbaycanın öz ərazilərini boyun əymədən bərpa etməsi imperialist qüvvələri narahat edir – TƏHLİL

İşğalçı ermənistan otuz ildir ki, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınan ərazilərini işğalda saxlayırdı və bu duruma da dünya susurdu. Lakin Azərbaycan ərazi bütövlüyünü təmin etmək məqsədi ilə başladığı hərbi əməliyyatlardan bir çox ölkələr xüsusən işğalçıya daim diplomatik və hərbi dəstək verən Fransa və Rusiya kimi dövlətlər çox narahat olduğunu göstərir. Otuz il işğalçı ermənistanın başını sığallayan ölkələr atəşkəs adı ilə beynəlxalq hüququ və qanunları tanımadıqlarını bildirdikləri halda, qardaş Türkiyə Azərbaycana güclü bir şəkildə dəstək verməklə yanaşı, sona qədər haqq işimizdə yanımızda olacağını bildirdi.

Almaniyalı jurnalist Silvia Stöber Türkiyənin Azərbaycanla bağlı sərgilədiyi mövqeyi qafqazlarda yeni düzən kimi ifadə etmişdir. Silvia Stöberin fikirinə görə, bu dəstək Azərbaycana əlavə güc verir və cəsarətləndirir. Ermənistanın işğalçı siyasəti daimi ola bilməzdi və olmadı da.

Saytların yığılması Saytların yığılması

Belə ki, 27 sentyabrdan başlayan əks hücumla ermənistan çox ağır bir cavab aldı. İşğalçı ölkənin ordusu, tankları, müdafiə sistemləri yox edildi. Müzzəfər Azərbaycan ordusu işğalçıya əsl dərs verdi. Bu arada işğalçının himayədarı Rusiya yenə devriyəyə girərək hər iki ölkənin xarici işlər nazirlərini Moskvaya çağırdı və Yerevanı məhv olmadan xilas etdi. Lakin işğalçı ölkə və himayədarları əsas məsələni düz hesablaya bilmədilər. Düşünmədilər ki, bu gün doxsanıncı illər deyil və ölkəmizi AXC – Müsavat cütlüyü olan səriştəsiz hökumət yox, oturuşmuş və bütün addımları zərgar dəqiqliyi ilə hesablayan İlham Əliyev idarə edir.

Ermənistana Azərbaycan ərazilərini işğal etdirən güclər bu gün özlərinə sığışdıra bilmirlər ki, Azərbaycan bu imperialist qüvvələrə boyun əymədən öz ərazilərini bərpa edir. Buna görə də Azərbaycan ordusunun işgal altındaki ərazilərdə apardığı təmizləmə əməliyyatı Rusiya, Fransa və İran kimi ölkələrdə qıcıq yaratmaqla yanaşı, böyük əndişəyə səbəb olur. Digər yandan Moldovanın, Ukraynanın, Gürcüstanın ərazilərini işğal edib və işğalda saxlayan Rusiya başa düşür ki, Azərbaycanın apardığı təmizləmə əməliyyatların bunlar da bir gün təkrarlayacaq. Bax buna görədə Moskva hər vəchlə çalışır ki, Bakını dayandırsın və nəticəsiz danışıqlara aparsın. Bu gün Azərbaycanın apardığı savaş dünyada Rusiyanın işğalçılıq siyasətinin sonunu gətirməklə yanaşı, o ölkələrə örnək verir ki, siz də ərazilərinizi rus işğalından azad edə bilərsiniz.

Eyni zamanda qeyd etmək lazımdır ki, qardaş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın açıq şəkildə Azərbayacanı dəstəkləməsi və hərbi əməliyyatların davam etdirlməsini bildirməklə yanaşı, işğal altında olan əraziləri yalnız əsgəri güclə bərpa olunacağını bildirməsi, düşməni qorxuya salmaqla yanaşı, regionda yeni gücün formalaşdığını təsdiq edir. Bu güc qafqazlara haqqı, ədaləti gətirməklə yanaşı, sülhü, inkişafı gətrir. 

Zəfər bizimdir! Qarabağ Azərbaycandır!

“KAİNAT” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir