Top.Mail.Ru
ARAŞDIRMAbanner

Ermənistanın çöküşü, Qarabağda iflasa uğrayan hərbi strategiya – TƏHLİL

Ermənistan ordusunun hücumu ilə başlayan qarşıdurmalar, 28 ildir işğal altında olan torpaqları xilas etmək üçün Azərbaycan ordusunun əks hücumu ilə cavab verildi. Yuxarı Qarabağ ətrafında 20 gündən çoxdur davam edən qarşıdurmalarda, Ermənistan ordusunun əsgər və texnika baxımından böyük itki verdiyini və işğal etdiyi yerlərin çoxunu boşaltmaq məcburiyyətində qaldığı müşahidə edildi.

Paşinyan rəhbərliyindəki Ermənistanın bu gözlənilməz məğlubiyyəti, geri çəkilmə nəticəsində yaranan dağınıqlıq və itki psixologiyası ilə müharibəni daha geniş bölgələrə yaymaq üçün Azərbaycanın müxtəlif şəhərlərinə raket top eləcədə ağır silahlarla hücum etdiyi müşahidə olundu.

Saytların yığılması Saytların yığılması

Ermənistanın Yuxarı Qarabağda 27 sentyabrda başlayan qarşıdurmalarda əhəmiyyətli itkilər verməsi gözlənilməz bir vəziyyət olaraq görülür. Çünki məlumdur ki, Ermənistan son beş ildə Rusiya, Fransa, İran və AB ölkələrinin əksəriyyətinin dəstəyini alır, eyni zamanda silahlanmaq üçün xeyli vəsait ayırır. Buna baxmayaraq, Ermənistan Azərbaycan ordusuna qarşı böyük zərbələr almağa davam edir.

Məlumdur ki, Paşinyan rəhbərliyi Rusiya ilə çox yaxşı davranmır, əksinə Amerikaya və qərb ölkələrinə yaxın bir siyasət yürüdür. Müharibədən sonra Ermənistan ordusunun məğlubiyyəti ilə başlayan dövrdə Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olaraq Rusiyaya müraciət etdi və kömək istədi. Bu yardım tələbi müharibəni dayandırmaqdansa, birbaşa Rusiyadan hərbi müdaxilə şəklindədir. Bəyanatlarında da göründüyü kimi, Rusiya müharibənin Azərbaycan ərazisində olduğunu iddia edərək hələlik bu tələbi rədd etdi.

Buna görə də Ermənistan müharibəni Yuxarı Qarabağdan kənarda yaymaq üçün müxtəlif şəhərlərə, xüsusən də Gəncəyə hücum etdi və Azərbaycanı da buna bənzər hücuma təşviq etdi. Amma necə deyərlər “…. yemədi getdi…”

Məlumdur ki, İran həmişə Ermənistanla yaxşı münasibətlərdə olub və zaman-zaman bu ölkəyə silah və müxtəlif yardımlar verir. Qarşıdurmalar başladıqdan sonra da bu ölkədən Ermənistana yük maşınları və silahlar göndərildi. Ancaq ölkədəki 40 milyondan çox Türk əhalisi bu cəhddən narahat olduqda və nümayişlər başladıqda, İran erməni yaraqlılarına dəstək vermədiyini iddia edir və hərbi texnikalarını zərərsizləşdirir. Bunu fars rejiminin solaxay gedişi də adlandırmaq olar.

Paşinyanın AB dövlətlərinə davamlı yardım çağırışları AB ölkələri başda olmaq üzrə Rusiya Fransa və Almaniya, Azərbaycanı müharibəni dayandırmağa çağırdı. Seçki prosesində olan Amerika isə açıq şəkildə bu istiqamətdə Ermənistanı tərifləyərək dəstəklədi. Başqa sözlə, ənənəvi “türk qorxusu” qərb dünyasını Ermənistanın lehinə səfərbər etdi.

Cəbhədəki müharibədə məğlub olan Ermənistanın xarici dünyadan dəstək qazanma strategiyası bu ölkə üçün uğurlu sayılır. Rusiya, Amerika, AB ölkələri və hətta bölgədəki əksər “müsəlman ölkələri” nin dəstəyi Ermənistan tərəfindədir. Bu vəziyyətdə, Azərbaycan ordusu işğal olunmuş yerləri geri almağa tələsməsə, hər gün, hər saat, hər dəqiqə yarana biləcək daha çox xain basqlarla üz-üzə qala biləcəyi qaçılmaz ola bilər.

“KAİNAT” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir