Top.Mail.Ru
bannerDİNİ XRONİKA

İranın, Azərbaycan “təbliğatçısı” Nurəddin Şirin KİMDİR? – fars molla rejimi əlaltıları HƏRƏKƏTLƏNDİ

İranın “təbliğatçısı” Nurəddin Şirin adlı şəxs qarda ləkə var, İranda yox deyir. Şirinin fikirinə görə İran dünyada müsəlmanlara arxa dayaq olmaqla yanaşı, onlarla çörəyinidə bölüşür. Hətta, Bosniyadan Arakana, Qafqazlardan Afrikaya bütün müsəlmanların güvənc yeridir.

Bu məxluq yəqin ki, dediklərinə özüdə inanmır. Ola bilər ki, Nurəddinə bu fikirləri söylədiyinə görə fars molla rejimi yaxşı ənam verir. Bunu onların daxili işi hesab edərək üstündə çox dayanmayaq. Hər kəs yaxşı bilir ki, iran adlı fars molla rejimi məzhəbçi və irqçi rejimdir. Buna görə də tehran hökuməti məzluma dayaq, müsəlmana güvənc ola bilməz! Nurəddin Şirindən soruşmaq lazımdır ay həci vətəndaşının böyük əksəriyyəti Azərbaycanlı olan İran adlı rejim niyə xiristiyan, işğalçı ölkə olan ermənistana gecə – gündüz tırlarla silah daşıyır? Eyni kökdən və müsəlman olan Azərbaycana isə silah daşıması və ya dəstək verməsi bir kənara bütün imkanlarından istifadə edib ziyan vurmağa çalışır? Böyük ehtimalla Nurəddin Şirində ərdəbil imam cüməsi Amuli kimi özünə əl qatıb iddia edəcək ki, yox bu belə deyil, bu fikiri İsrail yayır. Bax burda adama deyərlər, inandığın sənə qənim olsun! Eyni zamanda qeyid etmək istərdim ki, orta doğuda baş verən olaylara nəzər yetirdikdə iranı hadisələrin tam ortasında görürük.Nurəddin kimi fars nasist təbliğatçıları iddia edəcək ki, İran müsəlmanları qoruyur.

Saytların yığılması Saytların yığılması

Əslində isə molla rejimi orta doğuda parçalanma aparmaqla yanaşı terrorizmi dəstəkləyir və terrorçuları himayə edir. Buna bariz misal olaraq Qasim süleymani adlı molla rejiminin geniralını göstərmək olar. Belə ki, Qasiminin rəhbərlik etdiyi “hərbiçilər” Allahu Əkbər deyib baş kəsirdi. Sual yaranır Qasim kimin başını kəsirdi? Əlbəttə müsəlmanın. Fars molla rejiminin əli müsəman qanına batıb. Buna görə də bu gün davamlı olaraq iran işğalçı ermənistana dəstək verir. 2002-ci il də Aliya İzzətbəyoviç Bosniyada qərar vermişdi ki, Bosniyada savaşan xarici ölkə vətəndaşları dərhal öz ölkələrinə qayıtsın. Bu qərarın verilmə səbəbi İran idi. Çünki, Tehran hökuməti Bosniyaya silah vermənin əvəzində Bosniyada şiyə məzhəbi adı altında farsçılığı təbliğ etməyi istəmişdi. Budur farsın müsəlmana, məzluma arxa dayaqlığı! Deyərdim ki, Dünyada vicdansızlığı təbliğ edən ölkələrdən birincisidir İran. Bu bir həqiqətdir ki, addım başı Amerikaya, İsrailə ölüm oxumaqda molla rejiminin məqsədi, özünün imperalist olduğunu gizlətməkdir .

İslam coğrafiyasında axmaq məzhəbçilik, parçalanma daha doğrusu farsçılığı təbliğ etdiyinə görə iran rejimi qəbul edilməz oldu. Fars molla rejimi İraqda Amerikanın işini necə asantlaşdırdı. İraqın məzlum xalqını necə daha da məzlum hala gətirdiyini hər kəs gördü . Gəldik əsas məsələyə. İran adlı imperalist ölkə məqsədlərini gizlətməyən və gizləməyə də ehtiyac duymayan bu ölkənin, ölkəmizdə kifayət qədər cəsusu olduğunu fikirləşirəm. Buna misal olaraq ən yeni tariximizdə təhsil nazirliyinin qarşısında keçirilmiş aksiyanı, Nardaran hadisələrini və bu kimi bir çox ixtişaşları göstərmək olar. Bu tip qarşı durmaların hamsında məqsəd Azərbaycan dövlətinə güc nümaiş etdirməkdir.

Amma və Lakin fars molla rejimi və əlaltıları unudurlar ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Bu dövlətin banisi Heydər Əliyev qoruyucusu və inkişaf etdirəni İlham Əliyevdir!

“Kainat” Analitik İnformasiya Mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir