Top.Mail.Ru
ARAŞDIRMAbanner

Müxalifətin “Navalnı”sı yenə qalxanına SIĞINIB – Siyasi dəllal, yoxsa Elçibəy vurğunu?

Son proseslər siyasi gündəmi məntiqi sonluğa yaxınlaşdırmaqdadı. 2-ci Qarabağ savaşında qazanılan möhtəşəm qələbəyə bir qisim dodaq büzürsə, böyük kəsim sevinc duyğularını bölüşməkdə davam edir. Başadüşüləndi, birincilər iqtidarın uğurunu qısqanırsa, ikincilər hakimiyyətin yanında olmaqdan qürur duyurlar.

Müxalifətin “Navalnısı” olmaq üçün enerjisini xərcləməyə xəsislik etməyən Əli Kərimlinin durumunda olmağı heç bir siyasətçi arzu etməz. İlham Əliyevin Şuşa səfərində keçmiş iqtidara vurduğu tərs sillə Kərimlini necə “hövsələdən çıxarıbsa”, adam Elçibəyin adını, nüfuzunu özünə qalxan etməyi ar bilməyib.

Saytların yığılması Saytların yığılması

Bəli, məhz ar bilməyib.

İqtidar və siyasi cameə tərəfindən küncə sıxışdırılanda Kərimli həmişə Elçibəyin kölgəsində daldalanıb. Onun siyasi mübarizə yoluna nəzər yetirəndə, bunu aydınca görmək mümkündür. Bu haqda çox danışmağa lüzum da yoxdur. Amma bəzi həqiqətləri, o həqiqətləri ki, vaxtilə Xalq Cəbhəsinin şinelini geyinənlər bilməmiş deyillər.

“Yurd”un “cəbhə daxilində cəbhə” kimi fəaliyyəti uzaq keçmişdə deyil. Fuad Mustafayev və Asim Mollazadə tərəfindən xaricdən sümürülən qrantlar vasitəsilə qol-qanad açan bu dırnaqarası cəmiyyətin əsas fəaliyyəti təkcə iqtidara qarşı deyil, həm də Elçibəyə və onun tərəfdarlarına qarşı yönəlmişdi. Hətta iş o yerə çatmışdı ki, Vüsalə Mahirqızı adlı imza sahibi və Kərimlinin tapşırıqlarına can-başla boyun əyən birisi Elçibəyi heç kimin ağlına gəlməyəcəyi xəstəliklə ittiham etmişdi. Natiq Ədiloğlu adlı zat cəbhənin perspektivini yalnız Əli Kərimlidə görür, Qənimət Zahid isə rəhbərlik etdiyi “Azadlıq” qəzetində cəbhənin sədrini sətiraltı vurmaqdan zövq alırdı.

Zaman bütün yaraları sağaldır, şübhəsiz. N.Ədiloğlu xaricdə oturub hələ də Kərimlinin sifarişlərinə boyun əyir. Q.Zahid zamanında yüzminlərlə oxucusu olan “Azadlıq” qəzetini heç zibil yeşiyinə tullamağa belə layiq olmayan zirvəyə qaldırandan sonra Sevinc Osmanqızının qəmzəli çevrəsində özünü təsdiqləməyə başlayıb. Düzdü, Mahirqızının bəxti yeyin oldu. Bütün havalara oynamağı bacaran xanım-jurnalist bu gün də oynamaqda davam edir.

Kərimlinin jurnalist ordusunun tör-töküntülərinin bəziləri bu gün də mediadadır. Necə deyərlər, bir qarın çörəyin qurumsağı olan bu buqələmunlarla Kərimlini birləşdirən hansısa bağların yenidən bitməsinin həsrətini yaşayırlar.

Əlinin son vaxtlar Elçibəyin adına və nüfuzuna yıxılmasını şərtləndirən nüansların hardan qaynaqlandığını bilməmək çətin deyil. Prezidentin şapalağı çox pis dəyib “Navalnıya”.

Ayılıb-ayılmamağını zaman göstərəcək…

V. Kazımov

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir