Top.Mail.Ru
bannerKAİNAT TV

Putinin Qorbaçov və Yeltsin siyasi yolu:Qafqazda itirilən 200 illik metod və strategiya – TƏHLİL

Ruslar 200 ildir Cənubi Qafqazda tətbiq etdikləri metod və strategiya ilə imperatorluğa davam etdirirlər. Həm Çar, həm də SSRİ dövründə eyni strategiyalar tətbiq edən ruslar, federasiya dövrünə keçiddə belə fasilə yaşamamaq üçün hər işlərini bir kənara qoyaraq, yaradılmış Ermənistan-Azərbaycan gərginliyi ilə Cənubi Qafqaz siyasətini qurdular.

İndi Putin 200 illik Rusiya strategiyasının çökmə nöqtəsində olduğunudan,  Rusiya adına son bir ümüd addımı atmaq istəyindədir. Putin özünəməxsus siyasi gedişlə Rusiyanın Cənubi Qafqaz münaqişələri üzərindəki çöküşünü dayandırıb, rusiyada yeni bir qlasnost dəyişiklik prosesi mərkəzindədir. Putin bu yeni siyasi gedişi Rusiyanın Qafqazlarda süqutunu hələlik təxirə salmaq üçün dünyanın siyasi səhnəsində təcrübəli aktyor obrazı yaradmağa çalışmasıdr.

Saytların yığılması Saytların yığılması

Bu səbəbdən də Rusiya prezidenti Dağlıq Qarabağdakı münaqişə ilə əlaqədar olaraq Azərbaycan və Ermənistan ona bərabər məsafədə olduğunu deyir. Rusiyanın Qafqaz siyasətində 200 ildə ilk dəfə belə bir izahın edildiyi deyilirsə şişirdilməz. Çünki  Rusiya hər zaman Ermənistan ilə bərabər  Cənubi Qafqaz siyasətində prioritet siyasət yürüdüblər.

Rusiyanın həm Azərbaycan, həm də Ermənistanla hər zaman yaxşı münasibətlərdə olduğunu söyləyən Putin, daha sonra Rusiyada 2 milyondan çox erməni və təxminən 2 milyon Azərbaycan vətəndaşının yaşadığını da bildirdi. Bu açıqlma əslində Putinin Qarabağdakı münaqişədən yaranan narahatlığı deyil, Rusiya Federasiyasının demək olar ki, hər nöqtəsinə gərkinliklərin yayılma ehtimalından irəli gələn narahatçılıqdır desək yanılmarıq.

Putin “Bu səbəbdən həm Azərbaycan, həm də Ermənistan bizim üçün eyni dərəcədə dəyərli tərəfdaşdır. Azərbaycanda dinc insanlarının ölümü bizim üçün böyük bir faciədir” deməsi ifadəsində də rusiya daxilində yarana biləcək hadisələrin qorxu və narahatlığıdır. Həm Azərbaycan, həm də Ermənistanla tam hüquqlu əlaqələr qurmaq istədiklərini söyləyən Putin, “Bu münasibətləri bir-birindən ayıran bəzi məqamlar var deməsində də gizli nüanslara toxunur. O, ” Ermənistanla ortaq nöqtəmiz xristianlıqdır. Ancaq Azərbaycanla digər cəhətlərdən də müxtəlif əlaqələrimiz var. Qeyd etmək istərdim ki, Rusiyada əhalinin yüzdə 15-i müsəlmandır. Bu baxımdan Azərbaycan bizim üçün xarici bir ölkə deyil”.

Bundan başqa Putin bu nitqi ilə Cənubi Qafqaz üzərində nəzarəti əldən verməmək üçün balanslı siyasətin tərəfində olduğunu və  ABŞ prezident seçkilərinin nəticələrinə görə əməliyyatli strategiya hazırlayacağına da işarə etdi. Bundan əlavə, Putin Rusiyanın 200 illik Qafqaz siyasətinin tarixi mənşəyində oynadığı hakim rolu əhatə etmək üçün Birinci Dünya Müharibəsində ermənilərdən necə istifadə etdiklərini önə çəkdi. Rusların 1801-1828-ci illərdə başladığı erməni strategiyasının ikinci mərhələsi olan 1914-1920 tətbiqetmə və 1991-1994 tətbiqetmələri nəzərə alan Putin, hər mərhələni diqqətlə vurğuladı və hadisəni Azərbaycan-Ermənistan dövlətinin probleminə çevirərək rusların regional strategiyasını əhatə etməyə çalışdı. Putinin Sumqayıt hadisələrinə və Xocalıya istinad etməsi, son hadisələri anlamaqda Rus strateqlərinin zəifliyini ortaya qoymaq baxımından narahatçılığını da ortaya qoyu.

Putinin bu çıxışı və yanaşması 200 illik Rusiya strategiyasının çökmək üzrə olduğunu qəbul etməsidir .
Cənubi Qafqazın yeni bir Rusiyanın formalaşması üçün çaba göstərməsi, nəinki Ermənistanın bütün Qafqazın Rusiyaya nə qədər vacib olduğunu ortaya qoyur.

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir