ARAŞDIRMAbanner

“Boz kardinalın” isti nəfəsinə həsrət, ikiüzlü Kərimlinin siyasi dəllallığı – DETALLAR

Sentyabrın 27-də başlanan ikinci Qarabağ savaşı müzəffər ordumuzun şanlı qələbəsi ilə bitdi. Ali Baş Komandanla xalqın birliyi bu qələbəni şərtləndirən əsas amil oldu. Ordumuzun bizim məğlub obrazımızı qalib obrazına çevirməsi tariximizə qızıl hərflərlə həkk edildi.

Rusiya sülhməramlılarının Qarabağın az bir hissəsində yerləşdirilməsi və təmas xəttinə nəzarəti, heç şübhəsiz, reallıqdan doğan amildir. Onilliklər boyu Qafqazda nüfuz sahibi olan Rusiyanın mövqelərini asanlıqla qurban verəcəyi  yalnız diletant düşüncə sahiblərinin dəst-xəttidir. O diletantlar, bivec düşüncə sahibləri kifayət qədərdir aramızda. Hətta o qədər ki, siyasi partiya rəhbərliyində lövbər salıb hakimiyyət uğrunda (?) mübarizənin ön sıralarında görürlər özlərini.

AXCP sədri Əli Kərimlinin Şuşanın alınmasından sonra ölkə başçısına təbrikini vətəndaş və siyasi partiya rəhbəri olaraq anlamaq olar. Yəni ölkəmiz üçün taleyüklü bir məqamda bunu etməmək çox böyük yanlışlıq olardı. Lakin xeyrimizə olan və qələbəmizi təsdiqləyən sazişdən sonra ilk açıqlaması Kərimlinin cığal və ikiüzlülüyünü bir daha ortaya çıxardı. Adam hakimiyyətdə olarkən rus ordusunun ölkəmizdən “min bir əziyyətlə” çıxarılmasını xüsusi vurğulayıb canfəşanlıq etməsi heç yerinə düşmür. O vaxt ölkə Prezidenti olan Elçibəyin şəxsi təşəbbüsü və göstərişi ilə bu baş verdi. O Prezident ki, ən böyük xəyanəti  məhz, partiyadaşı Kərimlidən gördü və bunu siyasi çevrələrdə bilməyən yoxdu.

Kərimlini ən çox əndişələndirən “rusların nəzarəti altında separatçı rejimin fəaliyyətidir”  – özü demiş.  Axı sazişin bəndlərində bu haqda ümumiyyətlə heç bir ştrix yoxdu. Yoxsa, Əli bəy saziş bağlanan vaxt gecə saatlarında yuxuda görüb bu “qovğanı”. Statusu olmayan Qarabağda erməni necə at oynada bilər? Sazişin hər detalı çox sadə və anlaşılan dildə yazılıb. Nə qədər kor olmalısan ki, bunu görməyəsən… Amma yox, deyəsən doğrudan da, gözübağlılar var, milli şuraçı, əliçi Gültəkin Hacıbəyli kimi. Rus qoşunları ölkəmizdən çıxan zaman bu xanımın vur tut on doqquz yaşı olardı, ya olmazdı. O yaşda müstəqil həyatın və müstəqilliyin nə olduğunu bilməyən Hacıbəyli Şuşanın alınmasından və qələbəmizdən sonra açıqladığı fikirlərlə bütün siyasi dəllallığının mahiyyətini açdı. Qələbəni Bakı küçələrində və bölgələrdə qeyd edənlərə içindəki kinini püskürən Hacıbəyli, keçmişini bir daha unudaraq, mənsub olduğu firqəylə birgə xalqdan, millətdən nə qədər uzaq olduğunu anlatdı. Zatən hər şey bəllidir, ən azından dünən İlham Əliyevin, bu gün isə Əli Kərimlinin ətəyindən yapışan biri üçün sahib olduğu düşüncə, fikir  boş və mənasızlıqdan irəli gedə bilməz.

Əslində qələbə zəfərimiz ölmüş və ya can üstündə olan müxalifətin sanki “qurumuş dodaqlarına su çilədi”. Adamlar qərbdəki daydayılarının yenidən vassalı olacaqlar, bər-bəzəkli qrant layihələrini parçalamaq üçün az qala bir birilərini yenidən parçalayacaqlar. Zarafat deyil, ” Boz  kardinalın” isti nəfəsi də çoxdandı üzərlərinə dəymir…

Siyasətçi həmişə qərar verərkən, mahiyyətin dərinliyinə baş vurub ən sonda sözünü deyir. Bizim bir çox partiya funksionerləri – burnunun ucundan uzağı görməyənlər,  Biləcəridən o tərəfə gedə bilməyənlər isə siyasət meydanında məsum duruma düşürlər. İndi bu durumda olanlar çoxdur, lap çox…

“Kainat” analitik informasiya mərkəzi

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button