Top.Mail.Ru
bannerMANŞET

SON DƏQİQƏ: Baş nazir istefa verdi

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov Baş nazir Kubatbek Boronovun rəhbərlik etdiyi hökumətin istefaya göndərilməsi qərarını qəbul edib.

KAİM.az xarici mətbuata istinadən xəbər verir ki,bunu prezidentin mətbuat xidməti açıqlayıb. Açıqlamada istefaya göndərilən hökümət üzvlərinə yeni mandat təyin olunana qədər müvəqqəti səlahiyyətlərini yerinə yetirməyin təklif olunacağı da bildirilib.

Saytların yığılması Saytların yığılması

Xatırladak ki, Qırğızıstanda 4 oktyabr keçirilən Parlament seçkiləri açıqlandıqdan sonra hakimiyyət əleyhinə etirazlar başlayıb. Nəticələrlə razılaşmayanlar Bişkek şəhərindəki Ala Too meydanına toplanıb. Parlament seçkilərinin ləğv edilməsi səbəbi ilə 5 oktyabr axşam saatlarında başlayan nümayiş 1 nəfərin ölümü , 590 nəfər xəsarət alması ilə nəticələnib. Hadisələr zamanı etirazçılar hökümət binasına hücum ediblər.

 

Şəbnəm Zahir

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir