Top.Mail.Ru
bannerMANŞET

SON DƏQİQƏ: Xarici İşlər naziri Ceyhun Bayramovdan vacib AÇIQLAMA

“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir”. 

“Report” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

Saytların yığılması Saytların yığılması

“Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”, – nazir vurğulayıb.

C.Bayramov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mövcudluğu bölgə üçün təhdiddir: “Bu, son günlərdə özünü daha açıq formada göstərdi. Onlar heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tuturlar. Bu yeni taktika deyil. Ermənistan bu taktikanı 90-cı illərin əvvəlində də tətbiq edib”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir