Top.Mail.Ru
ARAŞDIRMAbanner

Trampdan sonra ABŞ-ın Avropa İttifaqı əlaqələri necə ola bilər – Təhlil

2016-ci ildən “Əvvəlcə Amerika” şüarı ilə dörd il qoruyucu siyasətilə tanınan  Tramp seçkidə ən böyük rəqibinə məğlub oldu. Yeni ABŞ rəhbərinin hansı siyasi mövqeyə sahib olması, ölkələrarası münasibətlərdə necə dəyişiklər yaranacağı sual doğurur. Eyni zamanda yeni idarəçilikdə  ABŞ, Avropa İttifaqı münasibətlərində hansı dəyişiklər olacağı da.

1950-ci ildən başlayan qlobal siyasətə inteqrasiya əsasında qurulan Avropa İttifaqı və ABŞ arasında təhlükəsiz əmakdaşlıq uzun illər öz sabitliyin qoruya bilib. Ancaq Ağ Evdə fərqli rəhbərlərin idarəçiliyi dövründə bu münasibətlərə müəyyən dəyişikliklər olsa da Tramp hakimiyyəti zamandında ABŞ və Avropa İttifaqı münasiblərlə heç olmadığı qədər gərginləşmişdir. Tramp dörd il boyunca  Avropa İttifaqına qarşı sərt çıxışları ilə yadda qalmışdır. Transatlantik ticarət və investisiya problemi məsələlər sırasında idi.

Saytların yığılması Saytların yığılması

ABŞ 46-ci prezidenti seçilən Joe Biden hələ seçki ərəfəsində Trampın  Avropa ölkərinə qarşı münasibətini pisləyirdi. Trampı ABŞ-ın ən yaxın müttəfiqlərinin təhqir etmək də ittiham edirdi. Avropa ölkələri liderləri  isə yeni preziden Joe Bidenə  böyük ümidlər bəsləyirlər. Mövzuya münasibət bildirən politoloq Mark Leonard qeyd edir ki, Biden hakimiyyəti zamanında Amerikanın xarici siyasətində yumuşalmalar ola bilər. Ancaq bu Avropa Birliyinə qarşı kəskin münasibətin dəyişəcəyi anlamına gəlmir.

Qeyd edildiyi kimi Biden dövründə ABŞ-Aİ  münasibətləri Trump dövrü ilə müqayisədə daha müsbət bir zəminə çəkilə bilər, ancaq bu əlaqələrin əvvəlki “ahəngdar” dövrünün qayıdışını və “transatlantik uçurum” un sürətlə yaxınlaşmağa başlayacağını gözləmək real olmazdır.

Şəbnəm Zahir

Kaim.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir