Top.Mail.Ru
CƏMİYYƏT

DİN mətbuat xidməti: “Nəzarət-profilaktik tədbirlər davam etdirilir”

COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət tədbirləri davam etdirilir.

DİN mətbuat xidmətindən KAİM.az-a verilən məlumata əsasən daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 23-də respublika ərazisində 25 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 23-ü yaşadıqları evə qaytarılıb, ağır xəstə olan 2 nəfər isə xəstəxanaya yerləşdirilib.

Saytların yığılması Saytların yığılması

18 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları aparılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir