Top.Mail.Ru
ÖZƏL

Direktor Xəzər Polis İdarəsini QARALAYIB: Qanunazidd marşrut xəttinin GİZLİNLƏRİ – ŞİKAYƏT

“160” və “190” nömrəli Binə-Sovxoz qəsəbədaxili marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətində ciddi qüsurların olduğu iddia edilir.

KAİM.az xəbər verir ki, bu barədə qəsəbə sakini, jurnalist Xəlil Cəfəroğlu Həsrətov məlumat verib.

Saytların yığılması Saytların yığılması

İddiaya görə, sözügedən marşrut xətti üzrə direktor vəzifəsini yerinə yetirən İsmayıl adlı şəxs müəyyən məbləğ qarşılığında bir neçə avtobusun qeyri-qanuni hərəkətinə şərait yaradır.  İstənilən “hesab”ı ödəməyən ictimai nəqliyyat sürücülərinə isə direktorun tapşırığı ilə həmin xətt üzrə sərnişindaşıma fəaliyyətin qarşısının alınması məqsədilə süni maneələr yaradılır.

X. Həsrətov məlumatda qeyd edir ki, İsmayıl adlı direktor nümayəndələr vasitəsilə avtobus sürücülərindən miqdarını özü təyin etdiyi vəsaitləri toplayır. Dövlət tərəfindən rəsmən tanınmayan bu “əməliyyat” vasitəsilə direktor vergi ödəmə proseslərindən də yayına bilir.

Direktorun əməlləri bununla da bitmir.

KAİM.az-a verilən məlumatda daha bir qanunazidd əməl öz əksini tapıb.

Belə ki, İsmayıl adlı direktor müxtəlif şəxslər vasitəsilə Xəzər Rayon Polis İdarəsindən Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə şikayət zəngləri etdirərək yalan məlumatlar verir. O, bununla Azərbaycan polisinin iş təcrübəsinə, fəallığına və qanunla idarə olunduğuna dair əsaslı təməlləri şübhə altına salmağa çalışır. Yalan məlumatlarla polis işçilərini məşğul etmək, guya polisin şikayət edilən problemi həll etməməsini göstərmək məqsədilə atılan addımlar sözügedən direktorun məsuliyyətə cəlb olunmasının zəruriliyi haqqında əsaslı fikirlər yaradır. Şikayətçinin sözlərinə görə, Xəzər Rayon Polis İdarəsinin fəaliyyəti ilə bağlı “102” qaynar xəttinə zəng edərək yalan informasiya verən şəxslərə 15 manat məbləğində pul verilir.

Saytımıza müraciət edən qəsəbə sakini adıçəkilən şəxsin fəaliyyətinin araşdırılmasını və lazımi tədbirlərin görülməsini məsul idarələrdən xahiş edir.

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir