Top.Mail.Ru

CƏMİYYƏT

Bu şəxslər 5 min manatadək cərimə olunacaq

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə yeni cərimələr müəyyənləşir.

KAİM.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə görə, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə biləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Qanun layihəsinə əsasən, kritik informasiya infrastrukturu obyektinin təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərin infrastrukturun sahibi, onun vəzifəli şəxsi və ya ona kibertəhlükəsizlik xidməti göstərən provayder (təchizatçı) tərəfindən pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

Kritik informasiya infrastrukturunun informasiya təhlükəsizliyini idarəetmə sisteminin yaradılmasına və funksionallığının təmin olunmasına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimələnəcək.

Kritik informasiya infrastrukturu obyektinə yönəlmiş kibertəhdidlər, kiberhücumlar, kiberinsidentlər və bu əməllərin törədilməsinə cəhdlər barədə məlumatın müəyyən olunmuş qaydada kritik informasiya infrastrukturu subyekti tərəfindən aidiyyəti dövlət orqanına təqdim edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə olunacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button