Top.Mail.Ru

CƏMİYYƏT

Ukraynadan Almaniyaya gedən Azərbaycan vətəndaşları yaşamaq icazəsini necə ala bilərlər?

“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəsi (BAMF) Ukraynadakı müharibə səbəbi ilə Almaniyaya gələrək, sığınacaq istəyən üçüncü ölkə vətəndaşlarının işinə baxır. Onların arasında Azərbaycan Respublikası vətəndaşları da var”.

KAİM.az bildirir ki, bunu BAMF-ın mətbuat katibi Stefan fon Borstel deyib. Onun sözlərinə görə, hazırda Ukraynadakı müharibə səbəbi ilə Azərbaycan Respublikası vətəndaşları da daxil olmaqla digər ölkələrdən gələnlərin geri qayıtma imkanları araşdırılır.

“Ukraynadan gələn azərbaycanlılar da Almaniyada yaşamaq icazəsi ala bilərlər. Lakin bunun üçün qanunvericiliklə müəyyən olunan müəyyən şərtlər var. Almaniya o kəslərə qaçqın statusu verir ki, onlar 24 fevral 2022-ci il tarixinədək Ukraynada yaşayıblar. Onlar həm Ukrayna, həm də digər ölkələrin vətəndaşları ola bilərlər. Lakin Azərbaycan vətəndaşları kimi, Ukrayna vətəndaşlığı olamayan digər şəxslərin öz vətənlərinə təhlükəsiz bir şəkildə qayıda bilmələri mümkündürsə, həmin şəxslər Almaniyanın təklif etdiyi sığınacaq hüququndan yararlana bilməzlər. Bu kateqoriyaya turist vizası ilə səfər edənlər və ya qısamüddətli qazanc gətirən işlə əlaqədar Ukraynada qalan şəxslər, Ukraynada təhsil alan tələbələr də daxildir”, – deyə BAMF sözçüsü qeyd edib.

Loading...
Yazının davamı reklamdan sonra

Stefan fon Borstel bildirib ki, 24 fevraldan əvvəl Ukraynada yaşadığını sübut edə bilməyən şəxslər birmənalı olaraq Almaniya Federativ Respublikasının Yaşayış Haqqında Qanununun 24-cü maddəsinə uyğun olaraq müdafiə hüququndan yararlana bilməzlər.

BAMF sözçüsü vurğulayıb ki, Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni təcavüzkar müharibəsi başlayandan Almaniyaya qaçan insanların qeydiyyatı hazırda federal əyalətlərin bələdiyyələri tərəfindən sürətlə aparılır.

Son bir neçə həftə ərzində Federal Miqrasiya və Qaçqınlar İdarəsi Əcnəbilərin Mərkəzi Reyestrində Ukraynadan qaçan insanların qiymətləndirilməsini həyata keçirmək üçün texniki həll yolunu hazırlayıb. Buna əsasən, müharibə başlayandan 30 aprel 2022-ci il tarixinədək Əcnəbilərin Mərkəzi Reyestrində 610 103 nəfər qeydiyyata alınıb. Onlardan 600 168-i Ukrayna vətəndaşıdır (98,4 faiz).

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button