Top.Mail.Ru

CƏMİYYƏT

Nazirliyin təşkilatçılığı ilə “Mənim Azərbaycanım” adlı xeyriyyə konserti keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Akademik Filarmoniyasının və Heydər Əliyev Sarayının dəstəyi ilə cari ilin 9 may tarixində Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” adlı Xeyriyyə konserti keçirilib.

Konsertdə Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev, Müdafiə Sənayesi Naziri Mədət Quliyev, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, bir qrup qazilər, incəsənət xadimləri və başqa qonaqlar iştirak etmişdir.

Konsertdən öncə çıxış edən Nazir müavini Elnur Əliyev, ölkəmizin əldə etdiyi tarixi zəfərdən sonraki dövrdə mədəniyyətimizin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu vurğulamış, mədəni ənənələrimizin yaşadılması və inkişaf etdirilməsinin əhəmiyyətindən bəhs edərək milli rəqsimizin bu baxımdan xüsusi əhəmiyyətini qeyd etmişdir.

Loading...
Yazının davamı reklamdan sonra

Daha sonra Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında “Mənim Azərbaycanım” və “Koroğlu” milli balet-tamaşası təqdim olunmuşdur. Ansamblın bədii rəhbəri Xalq artisti Rüfət Xəlilzadə, direktoru Əməkdar artist Elçin Qədimov, ansamblın baletmeysterləri Əməkdar artist Xanlar Bəşirov, Saina Əhmədova, ansamblın məşqçiləri, Əməkdar artist Fərid Əliyev, Alina Qontareva, solistlər Anar Məmmədov, Orxan Səfərli, Toğrul Şərifov, Aytən Alxasova, Valeriya Konkina, Rifan Qəhrəmanov, İsmayıl Məmmədzadədir

Böyük anşlaqla keçən konserti izləyən tamaşaçılar hər nömrədən sonra sürəkli alqışlar səsləndirmişdir.

Bilet satışından əldə olunan vəsait Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananlara və şəhid ailələrinə dəstək məqsədilə YAŞAT fonduna ianə ediləcəkdir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button