Top.Mail.Ru
CƏMİYYƏT

Azərbaycanlı rejissorun filmi ABŞ-dakı festivalda qalib oldu-FOTO

ABŞ-ın Pensilvaniya ştatında yaşayan azərbaycanlı rejissor Elmar Bayramov növbəti  uğura nail olub.

KAİM.az xəbər verir ki, həmvətənimizin rejissoru olduğu “Ladybug” (“Uğur böcəyi”) qısametrajlı filmi Florida ştatının Koko Biç (Cocoa Beach) şəhərində keçirilən “15 Minutes of Frame” film festivalinda “Ən yaxşı sosial film” nominasiyası üzrə qalib olub. Autizm sindromlu uşaqlara həsr edilən filmdə Azərbaycanın görkəmli sənətkarı Rəşid Behbudovun ifasinda “Laçın” mahnısı səsləndirilib.

Qeyd edək ki, Azərbaycandan ABŞ-a köçən Elmar Bayramov Pensilvaniya ştatında rejissor kimi çalışır. Onun “Oops” qısametrajlı filmi də bir müddət əvvəl “Urban Action Showcase” festivalında “Döyüş” nominasiyası üzrə ən yaxşı film seçilib və “Let me run” filmi “Best USA Film” (“Ən yaxşı ABŞ filmi”) nominasiyası üzrə qalib olub.

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi olaraq soydaşımızı əldə etdiyi uğurları münasibətilə təbrik edir və gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button