Top.Mail.Ru

CƏMİYYƏT

Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkəmizdə ilk dəfə olaraq Peşələr Festivalı keçiriləcək.

“Öyrən, Əylən, Peşəni seç!” devizi altında keçiriləcək festivalın əsas məqsədi düzgün peşə seçimi haqqında məlumatlılığın artırılması, eləcə də iştirakçılara peşələr haqqında məlumatı əyani şəkildə yoxlayaraq əldə etmək fürsəti yaratmaqdır.

Azərbaycanın 10 bölgəsini əhatə edəcək festivalda 10 peşə haqqında maarifləndirici tədbirlər də həyata keçiriləcək.

Loading...
Yazının davamı reklamdan sonra

İştirakçılara həmin peşə sahibləri ilə daha yaxından tanış olmaq imkanı yaradılacaq, peşə və ixtisas seçiminə dəstək göstəriləcək.

Festivala ilk olaraq 15 may tarixində Şamaxı şəhərində start veriləcək.

Ümumilikdə,  Festival aşağıda qeyd edilən rayon və şəhərləri əhatə edəcək:

Şamaxı -15 may

Sumqayıt – 17 may

Lənkəran – 19 may

Şirvan – 21 may

Bakı – 23 may

Şəki – 25 may

Mingəçevir – 27 may

Bərdə – 30 may

Gəncə – 1 iyun

Qazax – 2 iyun

Festival çərcivəsində təqdim olunacaq peşələr isə bunlardır:

Aşbaz

Dərzi

Bərbər-vizajist

Frontend developer

Qrafik-dizayner

İnteryer-dizayner

Kompüter proqram təminatçısı

Elektrik

Təmirçi çilingər

Elektron cihazların təmirçisi

Festivala qatılan iştirakçılar əmək bazarında peşələrə və peşələr üzrə bacarıqlara olan tələblər, gələcəkdə əmək bazarının necə formalaşacağı barədə məlumatlara sahib olacaqlar. Tədbirdə iştirak ödənişsizdir.

Öyrən, Əylən, Peşəni seç!

Ətraflı məlumat üçün: https://peshelerfestivali.az/

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button