Top.Mail.Ru

CƏMİYYƏT

Şamaxıda yeni peşə hazırlığı kursuna start verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq filialı, Göyçay Peşə Hazırlığı Mərkəzi və “Azgranata” MMC-nin birgə təşkilatçılığı ilə yeni peşə hazırlığı kursuna start verilib.

Şamaxı rayonundan ümumilikdə 63 işsiz vətəndaşın cəlb edildiyi kurs “bağban” peşəsi üzrədir. 1 ay müddətində müdavimlərə “Azgranata” MMC-nin Adnalı kəndində yerləşən müəssisəsində nəzəri və praktik biliklər tədris olunacaq.

Peşə kursunu müvəffəqiyyətlə bitirən şəxslər daha sonra həmin müəssisədə işlə təmin olunacaqlar. Kurs müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button