Top.Mail.Ru

CƏMİYYƏT

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib – YENİLƏNİB

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçirilib. 

KAİM.az bildirir ki, barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Loading...
Yazının davamı reklamdan sonra

Bu gündən etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 3 gün ərzində elan olunacaq.

09:00

Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanı keçiriləcək.

KAİM.az bildirir ki, imtahanda 1 279 namizəd iştirak edəcək.

Onlardan 1021 nəfər Azərbaycan, 258 nəfər isə rus bölməsi üzrə imtahan verəcək. Ərizə verənlərin 564 nəfəri oğlan, 715 nəfəri isə qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı, Naxçıvan şəhərlərində keçiriləcək və saat 11:00-da başlanaraq 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14 imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Bunu da oxu
Close
Back to top button