Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanlı tələbələr İsrailə səfər edəcəklər

Azərbaycandan olan tələbələr bu ilin avqustunda İsrailin kənd təsərrüfatı sahəsindəki təcrübəsini öyrənmək üçün adıçəkilən ölkəyə səfər edəcəklər.

KAİM.az bildirir ki, bu barədə müsahibəsində İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer məlumat verib.

“İsrailin aqrar sektorunu, xüsusən də quraq rayonlarda kənd təsərrüfatının necə aparıldığını, kənd təsərrüfatı məhsullarını necə yetişdirdiyimizi və bu sahədə xüsusi texnologiyalardan necə istifadə etdiyimizi canlı görmək üçün bir il müddətinə İsrailə gələcək 50 tələbə ilə görüşdük”, – nazir deyib.

Loading...
Yazının davamı reklamdan sonra

O.Forer vurğulayıb ki, bərpa edilməli olan böyük ərazini nəzərə alsaq, hazırda Azərbaycanın qarşısında böyük imkanlar açılır:

“İsrail kənd təsərrüfatının inkişafında maraqlı olan Azərbaycanın gənc nəslinin yetişdirilməsinə bilik və təcrübəsi ilə kömək edə bilər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button