Top.Mail.Ru

CƏMİYYƏT

Sabahın hava proqnozu AÇIQLANDI: Yağış yağacaq

Mayın 25-ə gözlənilən hava şəraiti açıqlanıb.

KAİM.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Loading...
Yazının davamı reklamdan sonra

Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-14, gündüz 16-19, Bakıda gecə 12-14, gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-75% olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 18-23, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button