Top.Mail.Ru

CƏMİYYƏT

Sabah havanın temperaturu 37 dərəcəyədək ARTACAQ

İyunun 3-nə olan hava proqnozu açıqlanıb.

KAİM.az bildirir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraiti yağmursuz keçəcək.

Loading...
Yazının davamı reklamdan sonra

Şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 29-34, Bakıda gecə 20-22, gündüz 32-34 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55%, gündüz 40-45% olacaq.

Azərbaycanın rayonlarında sabah əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 32-37, dağlarda gecə 8-13, gündüz 20-25 dərəcə isti olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button