Top.Mail.Ru

CƏMİYYƏT

Şamaxıda polislər qazimizi ziyarət ediblər

KAİM.az xəbər verir ki, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları Vətən savaşında yaralanmış qazimiz, Ovçulu kənd sakini gizir Elşad Mikayılovu evində ziyarət edib, onun qayğıları ilə maraqlanıblar.

Göstərilən diqqətə görə minnətdarlığını bildirən E.Mikayılov həmkarlarımızla döyüş təəssüratlarını bölüşüb və Vətən müharibəsi iştirakçısı olmasından qürur duyduğunu bildirib.

Qeyd edək ki, 2012-ci ildən Daxili Qoşunlarda xidmət edən hərbi qulluqçumuz Vətən müharibəsi başlayandan döyüşlərə qatılıb, ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatlarında igidlik göstərib. O, Hadrut qəsəbəsi, Füzuli, Xocavənd rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə isə yaralanıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button