Top.Mail.Ru

CƏMİYYƏT

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 920 vaksin vurulub.

KAİM.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 274, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 240, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1 288, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 118 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 743 509, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 350 763, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 850 905, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 294 460, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 381 nəfər təşkil edir.

Loading...
Yazının davamı reklamdan sonra

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button