Top.Mail.Ru

CƏMİYYƏT

Azərbaycanda son sutkada daha 21 nəfər koronavirusa yoluxub


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 036 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 181 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 139 nəfər aktiv xəstə sayını təşkil edib.

Loading...
Yazının davamı reklamdan sonra

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 646, bu günə qədər isə ümumilikdə 6 942 791 test icra olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button