Top.Mail.Ru

CƏMİYYƏT

Sabah Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq – SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

KAİM.az xəbər verir ki, mövzu ilə bağlı idarənin baş inspektoru polis mayoru Araz Əsgərli açıqlama verib.

Onun sözlərinə görə, sabah, 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

Loading...
Yazının davamı reklamdan sonra

O qeyd edib ki, hərbi orkestr saat 10:00-dan 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcək:

– Heydər Əliyev sarayı – Bülbül prospekti – Nizami kinoteatrı – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi;

– Şəhidlər Xiyabanı – Alov qüllələri – İçərişəhər metrosu – Qala qapısı – Kukla teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli;

– Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı;

– Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti;

– Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank.

Tədbirin ikinci hissəsi isə həmin gün saat 19:00-dan 21:00-dək davam edəcək. Orkestrlər aşağıdakı ünvanlarda çıxışlar edəcəklər:

– Heydər Əliyev parkında (Heydər Əliyev sarayının qarşısı);

– AzNeft dairəsindəki bayraq meydanında;

– Muzey Mərkəzi (bulvar fontanının qarşısı);

– Zabitlər parkında;

– Koroğlu parkında;

– Fəvvarələr meydanında.

“Bununla əlaqədər olaraq qeyd olunan istiqamətlərdə şəxsi minik avtomobillərindən istifadə etmək tövsiyə olunmur. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – DYP rəsmisi vurğulayıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button