Top.Mail.Ru

CƏMİYYƏT

Son sutkada daha 33 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 33 yeni yoluxma faktı qeydə alınıb, 35 nəfər müalicə olunaraq sağalıb.

KAİM.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 416 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 333 nəfər müalicə olunaraq sağalıb, hazırda 200 aktiv xəstə var. Bu günə qədər 9 717 nəfər vəfat edib.

Loading...
Yazının davamı reklamdan sonra

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 098, bu günə qədər isə ümumilikdə 6 968 836 test icra olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button