Top.Mail.Ru

CƏMİYYƏT

Qusarda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb

Qusar rayonunda üzərinə ağac düşən 83 yaşlı kişi ölüb.

KAİM.az əbər verir ki, hadisə rayonun Avaran kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1939-cu il təvəllüdlü Yanvar Zuxayəddin oğlu Qaraxanov meşədə üzərinə ağac düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı koma vəziyyətində Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Loading...
Yazının davamı reklamdan sonra

Faktla bağlı araşdırma davam etdirilir.

Bənzər yazılar

Back to top button