Top.Mail.Ru
CƏMİYYƏT

Qəddar erməni cinayətləri Yunanistan mediasında səs saldı-ƏTRAFLI

Yunanıstanın www.karfitsa.gr xəbər portalında “Ermənistan Qarabağda insanlığa qarşı cinayətlər törədir” başlıqlı məqalə dərc olunub.

“Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Rəşid Məmmədovun müəllifliyi ilə yayımlanan məqalədə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ərazilərində Ermənistanın törətdiyi müharibə və ekoloji cinayətlər barədə ətraflı məlumat verilib. “…ermənilər evləri yandırır, mal-qaranı güllələyirdilər. Eyni zamanda onlar ağacları məhv edərək təbiətə əhəmiyyətli ziyan vurmaqla ekoloji terror törədirdilər. Bütün bunlar dünya KİV-lərinin gözləri qarşısında baş verirdi. Bütövlükdə, Ağdam, Füzuli, Cəbrayıl və digər azad olunmuş şəhərlər ermənilər tərəfindən tamamilə dağıdılıb”, – deyə qeyd edilib.

İnsanlığa qarşı törədlən cinayətlərə görə Ermənistanın keçmiş və indiki rəhbərliyinin məsuliyyət daşıdığını vurğulayan müəllif beynəlxalq ictimaiyyəti və xarici KİV-ləri bu faktlara biganə qalmamağa çağırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button