Top.Mail.Ru

CƏMİYYƏT

Soydaşlarımız İsveçdə seçki marafonuna qoşulublar

İsveçdə yaşayan soydaşlarımızın bir qrupu sentyabrin 11-də ölkə üzrə keçiriləcək riksdaq (parlament), regional və bələdiyyə seçkilərində öz namizədliklərini irəli sürüb.

Seçki marafonunda Sosial-Demokrat Partiyasını İradə Əliyeva Söderberg (Jönşöping bölgəsi üzrə regional şura), Mahirə Muxtarova (Höteborq bələdiyyə məclisi), Xalidə Mərafət (Huddinge bələdiyyə məclisi), Aylin Fazelian (riksdaq), Mərkəz Partiyasını isə Aida Kərimli (riksdaq və regional şura), Duman Radmehr (Vestra Hötaland əyalət şurası) və Turan Əliyev (riksdaq, əyalət şurası və bələdiyyə məclisi) təmsil edəcəklər.

Qeyd edək ki, İsveç Azərbaycanlıları Koordinasiya Şurasının sədri İradə Əliyeva Söderberg Jönşöping bölgəsindəki regional şuranın 4 çağırış deputatı, Turan Əliyev Partille şəhər bələdiyyə məclisinin üzvü və Höteborq bölgəsi üzrə Miqrasiya və İnzibati məhkəmə jürisi, Aylin Fazelian parlamentin deputatı olub.

Diasporla İş üzrə Dövlət Komitəsi soydaşlarımıza seçicilərin əksəriyyətinin səsini qazanmağı, İsveçin ictimai-siyasi və humanitar həyatına töhfələr bəxş etməyi arzulayır.

 

Bənzər yazılar

Back to top button