Top.Mail.Ru

CƏMİYYƏT

Türkiyədəki Azərbaycan dərnəkləri Ermənistanın növbəti hərbi təxribatından hiddətlənib

Ermənistan silahlı qüvvələri bölmələrinin ötən gecə törətdiyi genişmiqyaslı təxribat Türkiyədə yaşayan soydaşlarımızın kəskin etirazına səbəb olub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının bəyanatında bildirilib ki, qardaş ölkədə yaşayan 5 milyona yaxın Azərbaycan kökənli türklər və diaspor təşkilatları tarixi Vətənlərinin yanındadır.

“1918 və 1992-ci illərdə Azərbaycan türklərinə qarşı soyqırımlar və qırğınlar törədən, vətənimizə, xalqımıza böyük ağrılar yaşadan Ermənistan və onun dünyadakı havadarları bilməlidir ki, dünya tarixi dəfələrlə bizim külümüzdən doğularaq ayağa qalxdığımızın və qələbələrimizin şahidi olub. Xüsusilə də bu əsrdə başda möhtərəm Prezidentimiz İlham Əliyev olmaqla Azərbaycan dövləti öz vətəndaşları və coğrafiyası ilə bizim parlayan ulduzumuzdur. Qəlbimiz və dualarımız Azərbaycan xalqı və Azərbaycan Silahlı Qüvvələri ilə birlikdədir!” – deyə bəyanatda qeyd olunub.

Bənzər yazılar

Back to top button