Top.Mail.Ru
CƏMİYYƏT

Tanınmış hüquqşünas TƏLTİF EDİLDİ – QƏHRƏMAN LEYTENANT

Bu gün Ali Baş Komandan İlham Əliyev 44 günlük haqq mücadiləsinin daha bir neçə qəhrəmanını özəl hazırlanmış medallarla təltif edib.

KAİM.az xəbər verir ki, ölkə başçısı tərəfindən “Cəbrayılın azad olunmasına görə” medalı verilən hərbçilər sırasında Cəlilabadın igid oğullarından biri olan Xalid Ağaliyevdə var. O, müharibə başlar-başlamaz Ali Baş Komandanın əmri ilə müzəffər ordunun sıralarına qoşulmuşdur.

Düşmənin qurduğu acımasız tələləri əsgərləri ilə birlikdə cəsarətlə yaran mərd döyüşçü , mülki həyatda da bir çox uğurlara imza atmışdır.

O, ali təhsilini BDU-nun Hüquq fakültəsində almışdır.

Xalid Ağaliyev hüquqçuların, jurnalistlərin maarifləndirilməsi, informasiya azadlığının və media qanunvericiliyinin inkişafına və bir neçə möhtərəm layihəyə rəhbərlik edib. “Gün işığı bələdçisi” və “Media etikası” kitablarının həmmüəllifidir.  Tanınmış hüquqşünas həm də Media Hüquqları İnstitunun təmsilçisidir.

Qəhrəman Leytenantımız da daxil hazırda cəbhədə olan bütün hərbçilərimizə sağ-salamat evlərinə dönmələrini və mülki həyatındakı uğurlarına daha böyük inamla addımlamalarını arzu edirik. Allah qorusun.

Kənan Ağaliyev

KAİM.az

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button