Top.Mail.Ru

CƏMİYYƏT

İsveçdə Ermənistanın təcavüzkar siyasətini ifşa edən məlumatlandırıcı aksiya təşkil edilib

İsveçin Höteborq şəhərində ölkəmizin sərhədində Ermənistanın törətdiyi son hərbi təxribat barədə həqiqətlərin yerli ictimaiyyətə çatdırılması məqsədilə məlumatlandırıcı aksiya keçirilib.

“Azərbaycan Qarabağ Azadlıq Mərkəzi”nin gerçəkləşdirdiyi aksiya zamanı Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti və silsilə xarakteri alan hərbi təxribatlarını əks etdirən məlumat vərəqləri yerli sakinlərə paylanılıb. Aksiya iştirakçıları sakinləri maraqlandıran sualları da cavablandırıblar.

Məlumat vərəqələrində bildirilib ki, Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olması, 30 illik erməni işğalından azad edilmiş ərazilərində irimiqyaslı quruculuq işlərinin aparılması və kommunikasiyaların bərpa edilməsi istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycan dövlətindən fərqli olaraq, təcavüzkar Ermənistan sülh müqaviləsinin imzalanmasında deyil, hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlıdır. Hər iki tərəfdən çoxsaylı insan itkisi ilə müşayiət olunan son təxribata görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Məlumatlandırıcı aksiyanın digər şəhərlərdə də davam etdirilməsi nəzərdə tutulub.

Bənzər yazılar

Back to top button