Top.Mail.Ru
CƏMİYYƏT

Yardımlıda sakinlərin isti ocağına göz dikən şəxsin 90 min MANATLIQ DƏLƏDUZLUĞU-ŞİKAYƏT

Yardımlı rayonunda baş verən dələduzluq hadisəsi zərərçəkənlərin böyük etirazına səbəb olub.

Kaim.az xəbər verir ki, Gəray Sadıyev bu barədə sosial şəbəkələrdə yazaraq, problemin işıqlandırılmasını və həll edilməsini istəyib.

Qeyd edilən şikayəti nəzərinizə çatdırırıq.

Yardımlı rayon Sırıq kənd sakini Dadaşov Əlimusa Sərxoş oğlu 3 Yardımlı sakinini yalan vədlərlə aldadaraq, böyük məbləğdə əmlakını mənimsəyib.

Belə ki, əvvəllər Yardımlı rayon Kredit Təşkilatının sədri olmuş həmin şəxs 3 nəfər Yardımlı sakinlərin ( Etibar Əhmədov, Gülbala ƏhmədliGəray Sadıyev ) evini heç bir kredit və girov müqaviləsi təqdim etmədən, aldadaraq Bank Olmayan Kredit Təşkilatına (BOKT) girov qoyaraq 90 min manat kredit götürmüşdür. Pulun 3 min manatını ev sahiblərinə versədə, sakinlər aldıqları pulu faizi ilə bərabər vaxtında geri qaytarmışlar.

Zərərçəkənlərin etibarından öz xeyrinə sui-istifadə edən dələduz pulun geri qalan hissəsini ya öz adına, ya da yaxınlarının adına yazaraq mənimsəmişdir.

Bank Olmayan Kredit Təşkilatına olan krediti ödəməkdən imtina edən Dadaşov Əlimusa girov qoyulan evlərin sahiblərini çətin vəziyyətdə qoymuşdur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button