Top.Mail.Ru
CƏMİYYƏT

Koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı-DİN TƏDBİRLƏRƏ DAVAM EDİR

Aktiv koronavirus xəstələri ictimai yerlərdə aşkar edilib

KAİM.az-a DİN Mətbuat xidmətindən verilən məlumata görə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena karantin rejimlərini pozan aktiv koronavirus xəstələrinə qarşı nəzarət-profilaktik tədbirləri davam etdirilir.

Dekabrın 24-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublikamızın ərazisində xüsusi karantin rejiminə əməl etməyən 17 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək evə qaytarılıb.

Epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradan 10 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. Hazırda zəruri istintaq hərəkətləri davam etdirilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button