Top.Mail.Ru
CƏMİYYƏT

Sosial müavinətini ala bilməyən VETERANIMIZDAN PREZİDENTƏ MÜRACİƏT

Əziz oxucular! 1984-cü ildə Əfqanıstan müharibəsi veteranı olmuş Comərdov Elxas Səfi oğlunun yüksək səviyyəli hökumət orqanlarına etdiyi müraciəti olduğu kimi nəzərinizə çatdırırıq.

Qeyd edək ki, məlumat həmin şəxs tərəfindən redaksiyamıza daxil olub və problemin işıqlandırılması xaiş edilib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,

Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti xanım Mehriban Əliyevaya,

Surəti : Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova,
Surəti : Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə,
Surəti : Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu tərəfindən

Müraciət

Hörmətli Prezident!

Mən Sizə hər hansı hüquq pozma, şərlənərək saxlanılan, tutulan, üzünə durulan kimi haqqımı, hüququmun təmin olunması üçün müraciət etmirəm… Mən Sizə ölkənin, dövlətin, Konstitusiyanın vətəndaşına qanunla verdiyi haqqının, hüquqlarının pozulmuş bir vətəndaşı kimi müraciət edib,haqqımın, hüququmun diqqətdə saxlanaraq araşdırılmasını xahiş edirəm.

Bundan əvvəlki müraciətimdə də qeyd etmişəm ki, 4 ayrı-ayrı iş üzrə 6 hakim tərəfindən məhkəmə işlərimə baxılıb, QANUNSUZ, SİFARİŞLİ, QANUNUN MADDƏLƏRİ TƏHRİF OLUNARAQ məhkəmə QƏTNAMƏLƏRİ qəbul olunub.

Əgər vətəndaşın QANUNUN ona verdiyi haqq və hüquqları tapdanılırsa, vətəndaş bunun tənzimlənməsi üçün dövlətin Məhkəmələrinə müraciət edirsə, dövlətin hakimə verdiyi hüquq və səlahiyyətlər ayaqlar altına atılaraq qeyri-qanuni qərar qəbul olunursa o son ümid yerini Sizə müraciətdə görür.

MƏHKƏMƏ PROSESİM…

Hörmətli Prezident!

Mən Əfqanıstan müharibəsinin veteranıyam. 1984 cü ildə indiki Xətai rayonu Hərbi Komissarlığından bu barədə vəsiqə almışam. Bütün imtiyaz və güzəştlərdən də vaxtında lazımınca istifadə etmişəm. Müstəqillikdən sonra bu tip kateqoriyadan olanlara, dövlət imtiyaz və güzəştləri ləğv edib əvəzində 2002 – ci ildən bəri sosial müavinətlər təyin etdi. Həmin ərəfədə mənim qeydiyyatım olmadığından, bu müavinətdən yararlana bilmədim. Qeydiyyat yerim olmadığından mən hələ sovet pasportun da dəyişə bilməmişdim. Sonralar isə qeydiyyat məsələm həll ediləndə, nəməlum şəraitdə müharibə veteranı vəsiqəmi itirmişdim. Amma mən, buna qədər ƏƏSMF-nun Abşeron rayon şöbəsinə həmin ərəfədə 2 dəfə hərbi biletimin surətin çıxartdırıb təqdim etdim, mənə qeyri rəsmi cavab verdilər ki, “müharibə veteranı olmanızı bildirən vəsiqənizin surətin təqdim edin”.

2017 ci ildə SHXÇDX-nin Abşeron şöbəsindən müharibə veteranı olmamı bildirən Müharibə Veteranı vəsiqəmi aldım. ƏƏSMF-nun Abşeron rayon şöbəsinə müraciət etdim. “Sosial Müavinət haqqında Qanun” un 9.1 ci maddəsinin-“ƏN ÇOXU MÜRACİƏT EDİMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ” – hissəsinə uyğun müavinətimin son üç ilini aldım.

Lakin mən bu müavinətin tam təyin olunub verilməsindən bu yana, almadığım illərin müavinətin istədim. Mənə ƏƏSMF – nun Abşeron şöbəsindən imtina məktubu gəldi. Mən həmin şöbəyə qarşı Sumqayıt İnzibati-İqtisad Məhkəməsində iddia qaldırdım. İşə Sumqayıt İnzibat-İqtisad Məhkəmənin hakimi QULİYEV İSMAYIL baxırdı. Hakim 2 məhkəmə prosesində iddiamın düz və ya səhv olmasına dair bir fikir bildirmədən, sona qədər məni dinləyib çıxıb gedirdi.

Onu da vurğulayım ki, hakim iddiamda israrlı olduğumu görüb təhsilimi soruşdu, orta təhsilli olduğumu bildirdim. Bununla da qərarı 10 gündən sonra elan edəcəyini deyib getdi. Sonra bildim ki, iddiam təmin olunmayıb. Mənim iddia tələbim Sosial Müavinət haqqında Qanunun 9.1 və 10.1.5-maddəsinin mənə verdiyi hüququmun təmin olunmasıydı. Çünki “Sosial Müavinət haqqında Qanun”un 9.1-ci maddəsində göstərilir ki,-“ƏN ÇOXU MÜRACİƏT EDİLMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ, AYLIQ MÜAVİNƏTLƏR MÜRACİƏT EDİLMƏ VAXTINDAN ASLI OLMAYARAQ, BU QANUN QÜVVƏYƏ MİNDİYİ GÜNDƏN SONRA ONU ALMAQ HÜQUQU YARANAN GÜNDƏN AŞAĞDAKI MÜDDƏTLƏRƏ TƏYİN EDİLİR.” Həmin qanunun 10.1.5 – maddə isə tam açıqlığıyla bu maddələrin tənzimlənməsin göstərir. 10.1.5 – ci maddədə yazılır :-“KEÇMİŞ MÜDDƏT ÜÇÜN ALINMAMIŞ MÜAVİNƏTİN MƏBLƏĞİ, MÜDDƏTDƏN ASLI OLMAYARAQ ÖDƏNİLİR.”

Hörmətli Prezident!

“Lakin, hakim ƏƏSMF Abşeron rayon şöbəsinin mənim tələbimə dair iddiama səbəb olan “İMTİNA” məktubundan heçnə ilə fərqlənməyən “ETİRAZ” məktubuna əsaslanıb Sumqayıt İnzibat-İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev qeyri-obyektiv qərar çıxartdı. Axı iddama səbəb olan “İMTİNA” məktubunun eynisi olan “ETİRAZ” məktubu köhnə nağılın kiril əlifbasından latınca tərcüməsinə oxşayırdı. Amma çox təssüf olsun ki, möhtərəm hakim İsmayıl Quliyev Azərbaycan Respublikası adından çıxardığı qərarla Azərbaycan Respublikası Qanununun maddələrini eybəcər halda, iyrənc formada təhrif edərək qərar qəbul etdi.

Bir sözlə qanunu eybəcər hala salaraq bir mətn çıxarıb mənə verdilər. Mən bununla razılaşmayıb, Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verdim. Apellyasiya şikayətimə hakim Hökumə xanım Babayeva baxırdı. Yazdığım apellyasiya şikayətimi, digər qrumlara və özünə göndərdiyim məktublardan yetərincə məlumatlı olan Hökumə xanım Babayevanın davranışı, (hazırlıq başlayarkən hər iki köməkçisinə dönərək nələrsə deməsi və həmin şəxslərin ani olaraq mənə baxması), qarşı tərəfin hüquqlarını qoruyan səlahiyyətli şəxsinə, mən tribunadan iddamı səsləndirəndən sonra üzünü tutub “iddaya qarşı nə deyə bilərsiniz?” – deyə soruşması, qarşı tərəfin səlahiyyətlisinin- “idda təmin edilməsin, qərar qüvvədə qalsın” – deməsinə qarşı ” sözünüzü əsaslandırın”-deyəndən sonra heç bir cavab almadıqda, təkrarən qarşı nümayəndəsinə – “bunun (məni nəzərdə tutub) veteran hüququ nə vaxtdan yaranıb,” – deyəndə qarşı tərəfin səlahiyyətlisi-” vəsiqəni təqdim etdiyi gündən ( yəni 2017 – ci ili nəzərdə tuturdu) deyə cavab verdi. Hakim Hökumə xanım Babayeva mənim nə isə demək istədiyimi görüb qarşı tərəfə, mənim demək istədiyim fikiri lap dolğun- “axı onun veteran hüququ 1984-cü ildən yaranıb. Buna dair də SHXÇDXİ – nin Abşeron rayon şöbəsinin idarənizin sorğusuna cavab məktubunda da yazılır ki, -” onun veteranlıq hüququ 1984 – cü ildən yaranıb” – deməsinə qarşı tərəf bir izah verə bilmədi. Məndən soruşduğu – “nə isə əlavə etmək istəyirsən”- sualına isə cavab verdim ki, “möhtərəm hakim, istər imtina, istər etiraz məktubunda istinad olunub yazılan 1994-cü ildə qəbul olunan “Veteranlar haqqında” Qanununun 7-ci maddəsinə istinad edib qərar çıxardan Sumqayıt İnzibat-İqtisad Məhkəməsinin hakimi İsmayıl Quliyev həm “Sosial Müavinət haqqında” Qanunun maddəsini özü istədiyi kimi təhrif edib, həmdə “Veteran haqqında” Qanunun 7-ci maddəsinə istinası düzgün deyil, bir qanun pozuntusudur.

Lakin Sumqayıt Apellyasiya Məhkəməsi də kobud qanun pozuntusuna yol verdi. Mənim iddiamın müdafiəsi üçün gətirdiyim izahla razı olan hakim Hökumə Babayeva məhkəmədə göstərdiyi yanaşmaya zidd olaraq Sumqayıt İnzibat-İqtisad Məhkəməsinin çıxardığı qeyri-obyektiv qərarı qüvvədə saxladı.

Cənab Prezident!

İstinad etdiyim qanunun 9.1 – ci maddəsində göstərilir ki, “ƏN ÇOXU MÜRACİƏT EDİLMƏZDƏN ƏVVƏLKİ ÜÇ İL ÖDƏNİLMƏKLƏ” ( maddənin bu hissəsi icra olunub) “AYLIQ MÜAVİNƏTLƏR MÜRACİƏT EDİLMƏ VAXTINDAN ASLI OLMAYARAQ, BU QANUN QÜVVƏYƏ MİNDİYİ GÜNDƏN SONRA” (maddənin bu hissəsi icra edilməlidir. Çünki 1-ci hissə ƏƏSMF-nun vəzifəsini göstərirsə, maddənin ikinci hissəsi mənim hüququmu izah edir.) “ONU ALMAQ HÜQUQU YARANAN GÜNDƏN AŞAQDAKI MÜDDƏTLƏRƏ TƏYİN EDİLİR “(bu isə qanunun tənzimlənməsi deməkdir).

Qanunun 10.1.5 – ci maddədə bu daha açıq göstərilib. “KEÇMİŞ MÜDDƏT ÜÇÜN ALINMAMIŞ MÜAVİNƏTİN MƏBLƏQİ, MÜDDƏTDƏN ASLI OLMAYARAQ ÖDƏNİLİR”.

Lakin hər iki məhkəmə 1994 – cü ildə qəbul olunan “Veteranlar haqqında Qanunun” 7-ci maddəsinə istinad edib, qərar verdilər ki, həmən qanunda göstərilir ki, “VETERANLAR ÜÇÜN GÜZƏŞTLƏR VƏSİQƏ TƏQDİM EDİLDİKDƏN SONRA ŞAMİL OLUNUR “ Mən hər iki hakimə, istər məhkəmə zalında, istərsədə müraciətlərimdə göstərirəm ki, ONDA, NIYƏ MƏNƏ, SON ÜÇ İLİN PULU HESABLANIB VERİLİB ?

Deməli mənə bu pul ” Sosial Müavinət haqqında ” Qanunun 9.1-maddəsinə görə verilib. Amma qanun tam icra olunmayıb. Axı ” Veteranlar haqqında” Qanun 1994 – cu ildə qəbul olunub. Sosial müavinət haqqında qanun isə bundan 8 il sonra.

Niyə onda “Sosial Müavinət haqqında” Qanun hazırlananda bu gün hamsının bahanə kimi istifadə etdiyi “Veteranlar haqqında” Qanunun 7-ci maddəsi nəzarə alınmayıb? Qanun niyə mövcud olan digər qanunlara uyğun tənzimlənməyib?

Elə bu məqsədlə də Konstitusiya Məhkəməsinə, Milli Məclisin müvafiq komissiyasına müraciət etdim ki, bu qanunların bu maddələrinə aydınlıq gətirilsin. Lakin cavab verilmədi.

Odur ki, bir daha Sizə müraciət edib, mövcud qanunların mənə hüquqlarımın ya təmin olunması, ya da tam açıqlığıyla izah edilməsini nəzarətə götürüb göstəriş verəsiniz.

İmza: Elxas Səfi oğlu Comərdov.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button