Top.Mail.Ru
CƏMİYYƏT

Qarabağ zəfərində imzası olan Yardımlı rayonu Bozayran kəndinin qəhrəman Sadiyevləri…

Azərbaycanın hər bir qarış torpağı bizim üçün doğma və əzizdir. Hər birimizin borcu vətənimizə, dövlətimizə və onun atributlarına hörmətlə, sevgiylə yanaşmaqdır. Bu işdə hamımız bir yumruq kimi birləşməliyik. Özümüz, sözümüz bir olmalıdır. Necə ki, Ali Baş Komandanın dəmir yumruğu altında bütün vətən sevənlər birləşdiş Nəticədə otuz ilə yaxın düşmən tapdağında olan torpaqlarımız vətənin qeyrətli , mərd, igid oğlanları sayəsində işğaldan azad olundu. Allahdan torpaq uğrunda şəhid olanlara rəhmət, qazi olanlara şəfa diləyirəm.

Bunu yazmağı özümə borc bildim. Vətənimin qeyrətli, qorxmaz, igid oğulları ilə bütün Azərbaycan qürur duyur. Döyüşçülərimiz ölümlə üz-üzə gəlib qorxmadan bir məqsədlə irəliləyib, torpaqlarımızı yağı düşməndən azad elədilər.

Bunların arasında Yardımlının yüzlərlə qəhrəman zabitləri və əskərləridə var. Yardımlının hər bir kəndindən istər hərbi xidmətdə olan, istərsədə könüllü qatılan yüzlərlə oğulları döyüşə qatıldı .Həm birinci Qarabağ müharibəsində, həmdə ikinci Qarabağ müharibəsində Yardımlı yüzdən artıq şəhid və bir o qədər qazi verib. Hamısının qarşısında baş əyirəm.

Nəzərinizə çatdırıram ki,Yardımlı rayon Bozayran kəndindən hal hazırda hərbi xidmətdə əllidən artıq zabit, gizir, həkim və əskər heyətimiz var. Onlar vətənə borclarını şərəflə, ləyaqətlə yerinə yetirirlər. Yardımlının bütün oğulları ilə qürür duyduğum qədər, kəndimizində qeyrətli övladları ilə qürur duyuram. Bozayran kəndi Qarabağ savaşlarında 4 şəhid, onlarla qazi verib. Hər biri bizim qürürumuzdur. Hamısından yaza bilməsəmdə istədim Sadiyevlər silsiləsinə bir göz atım. Qalan igidlərimiz haqda da geniş yazacağam. Hələ birinci Dünya müharibəsi başlayanda kəndimizdən onlarla igid döyüşə qatılır.İtkin düşəni də olur,veteran olub qayıdanı da.

1945-ci il müharibəsinin iştirakçısı əmim itkin düşən Sadiyev Sərdərxan Kazım oğlu və arxa cəbhə iştirakçısı əmim Sadiyev Sadı Kazım oğlu belə vətənpərvər şəxslərdəndir.

Birinci Qarabağ müharibəsi iştirakçısı veteran əmim Sadiyev Ataş Sadı oğlu:

Birinci Qarabağ müharibəsi iştirakçısı veteran əmim Sadiyev Niyaz Qardaşxan oğlu:

Birinci Qarabağ müharibəsi iştirakçısı veteran əmim Sadiyev Mirzə Səxavət oğlu:

Azərbaycandan İraqa ilk sülhməramlı qüvvələr yola salınanda onların arasında əmim oğlu Sadiyev Ramin Yoldaşxan oğlu da var idi.Öz istəyi ilə Sülhməramlı qüvvələr sırasına könüllü yazılan bu igidimiz öz missiyasını layiqincə yerinə yetirib vətənə geri dönür. Hər bir kəsin işi deyil ölümün arasına gedsin. Çünki hər gün orada yüzlərlə məsum insan və hərbçi bombaların altında qalıb, heç bir tikəsidə tapılmırdı.Hərbi xidmətdə olduğu zaman bu xəbəri eşidəndə öz istəyi ilə sülhməramlı sıralarına yazılır. Ərəb dilini mükəmməl bilməsi tərcüməçi kimi ona çox yarayır. Hətta onu bir neçə dəfə ölümdən qurtarır.

Raminin fotosu:

İndi isə əmim oğlu Mayor Sadiyev Bəhruz Poladxan oğlu haqda qısa yazım. O, Heydər Əliyev adına hərbi məktəbi bitirəndən sonra Ali hərbi Akademiyaya qəbul olub. Buranı da bitirib, ixtisası üzrə Pereşükürdə zabit işlədi. Sonra təhsilini Artileriya üzrə Türkiyədə aldıqdan sonra vətənə qayıtdı. Bəhruz İkinci Qarabağ müharibəsi başlayandan döyüşlərdə qəhrəmanlı gösərərək, öz peşəsini ləyaqətlə yerinə yetirdi. O, düşmənin çoxlu sayda hərbi texnikasını,canlı qüvvəsini məhv edib. Cəbrayılın, Füzulinin, Xocavəndin, Suqovuşanın, Hadrutun, Daşaltının və alınmaz qala sayılan Şuşanın işğaldan azad olunmasında böyük rol oynayıb. Bunun nəticəsində Ali baş komandan tərəfindən “Azərbaycan bayrağı” medalı, “Cəbrayılın azad olunması uğrunda” medalı, “Füzulinin azad olunması uğrunda” medalı, “Xocavəndin azad olunması uğrunda” medalı ilə təltif edilib.Yenə də medallar alması və rütbəsinin qalxması gözlənilir.

Bəhruzun fotosu:

Heydər Əliyev adına hərbi məktəbə daxil olan daha bir igidimiz Mayor Sadiyev Ceyhun Zeynal oğludur. Hərbi məktəbi bitirdikdən sonra Hərbi Ali Akademiyaya qəbul olur. Sonra xidməti və vəzifəsi üzrə ön cəbhəyə göndərilir. Peşəsini sevən zabitimiz 2016 aprel döyüşlərinin iştirakçısı olur. Orada da qəhrəmanlıq göstərir və dəfələrlə mükafatlandırılır. İkinci Qarabağ müharibəsi iştirakçısı olan Ceyhun vəzifə borcunu layiqincə yerinə yetirir və Ali baş komandanın əmri ilə “Füzulinin azad olunması uğrunda” medalı ilə mükafatlandırılır.

Ceyhunun fotosu:

Xidmətini layiqincə, şərəflə yerinə yetirən gizir Sadiyev Firuz Zamanxan oğlu da bu igidlər sırasındadır. Hərbi xidmətini başa vurub evə qayıdan igidimiz bir müddət sonra ailəsinə yenidən hərbi xidmətə gedəcəyini və zabit kimi fəaliyyət göstərəcəyini deyir .Ailəsi də buna razı olur. O gün, bu gün düz 20 ildən artıq müddət keçir. Generalımız Polad Həşimovun şəhid olduğu hadisə yerində Firuz da olub və ölümün pəncəsindən qurtulub. Dəfələrlə mükafatlandırılan gizir hal hazırda Kəlbəcərdə xidmətini davam etdirir. Nəzərinizə çatdırım ki, xidməti başa çatmasına baxmayaraq vətən müharibəsində iştirak etmək üçün öz istəyi ilə qalıb.

Firuzun fotosu:

Sədi Kazım Pirəli oğlu. O da hərbi xidmətini başa vuran igidlərimizdən biridir. İkinci vətən müharibəsi başlayan gün könüllü olaraq qeydiyyatdan keçir. Hərbi komissarlıq tərəfindən ona hələ gözləmək lazım olduğu deyilsə də, Kazımın inadı və israrlı təkidindən sonra komissarlıq onu döyüşə yola salır .Hal hazırda xidmətdədir.

Kazımın fotosu:

İkinci Vətən müharibəsi başlayan gündən,döyüşlərdə könüllü iştirak edən Sadiyev Mahir Zeynal oğlu da Sadiyevlər silsiləsinin fəxrli üzvlərindəndir.

Mahirin fotosu:

Daha bir Yardımlı cəngavəri isə Aprel döyüşçüsü Sadiyev Fərid Vəlixan oğludur. 2014-cü il Silahlı qüvvələrin təlim-tədris məktəbinin “Zabit hazırlıq kursu”nu bitirdikdən sonra Leytenant rütbəsini almışdır. Xidmətini Bərdənin N saylı hərbi hissəsində həyata keçirməyə başlamışdır. 2016-cı ildə Aprel döyüşləri balar-başlamaz döyüşə yollanmış və xüsusi xidməti ilə fərqlənmişdir. 2016-cı ilin iyun ayında isə əmrə əsasən ehtiyata buraxılmışdır.

Fəridin fotosu:

Sizinlə fəxr edirəm. Hamı bilsin ki,kəndimizin bütün mərd oğulları ilə fəxr edirəm. Müharibə başlayandan bu günə kimi Bozayranın qeyrətli oğullarını gücüm çatan qədər tanıtdım. İnşallah gələn yazımda onlar haqda da geniş yazacağam. Yaşasın Azərbaycan!

Sadiyev Vüqar İslam oğlu

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button