Top.Mail.Ru

CƏMİYYƏT

Bakıda 14 yaşlı qızı avtomobil vurub

Bakının Xəzər rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayonun Türkan qəsəbəsində avtomobil 14 yaşlı qızı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bənzər yazılar

Back to top button